Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden İrana daha çox təcrid və tənəzzül vəd edir - Tehranı sərt bir payız gözləyir...

İran böhranı Donald Trampın səlahiyyət müddətinin bitməsi ilə başa çatmayacaq...

Nedim Kuteyş
“The Independent” qəzeti, 23 dekabr 2020-ci il

Co Baydenin ABŞ prezidenti seçilməsinin İrana olan təsiri, demək olar ki, İranla bağlı bütün həqiqətləri və məlumatları örtərək yalnız bir nəticəni gücləndirir: İran böhranı Donald Trampın səlahiyyət müddətinin bitməsi ilə başa çatır.

İran prezidenti Həsən Ruhani yeni ABŞ administrasiyasının nüvə razılaşması üzərindəki öhdəliklərinə qayıdacağına və ölkəsinə tətbiq olunan sərt sanksiyaları ləğv edəcəyinə inandığını bildirib. Ruhani ABŞ-ın öhdəliklərinə qayıdacağı təqdirdə, Tehranın da mütləq şəkildə anlaşmaya qayıdacağını və bunun üçün yeni danışıqlara ehtiyac olmadığını vurğulayıb.

Ali rəhbər Əli Xamenei isə hökumətini sanksiyaları ləğv etmək imkanı varsa, bu fürsəti bir dəqiqə belə gecikmədən istifadə etməyə təşviq edib.

Lakin İran-ABŞ münasibətlərinin indiki məqamından nüvə sazişinin imzalandığı 2015-ci ilə qayıtması olduqca çətindir. Sadə dillə desək, bu, o qədər də asan məsələ deyil və İranın üç səbəbdən daha çox əziyyət çəkəcəyi və təcrid olunacağı ehtimal edilir:

1) Bayden administrasiyasının sanksiyaları avtomatik olaraq ləğv edəcəyi və İranın yenidən razılaşmaya dönəcəyi düşüncəsi iki məsələni nəzərə almır. Birincisi, razılaşmaya qayıtmaq üçün İranın ilkin addım olaraq ləğv edilməsini tələb etdiyi sanksiyaların çoxu İranın nüvə sənədləri ilə əlaqəli deyil. Daha doğrusu, söhbət terrorizm və insan hüquqları barədə olan sanksiyalardan gedir. Bu iki sənədlə bağlı sanksiyalar da Konqresdəki Respublikaçı və Demokrat nümayəndələr arasında çox dəstəklənir. İkincisi, İranın bəzi nüvə öhdəliklərindən geri çəkilməsi vaxt tələb edən bəzi texniki faktlarla nəticələnib. Bunlar hazırda əlində olan və nüvə razılaşmasında icazə veriləndən 12 qat daha çox zənginləşdirilmiş urandır.

Digər tərəfdən, nüvə reaktorlarına yeni hissələr əlavə etməyə başlandıqda və nəhayət, İran uran zənginləşdirmə nisbətini ən azı 20%-ə çatdırmağa qərar verdikdə müqavilədəki öhdəliklərini yerinə yetirmədiyi sübut edilib.

2) İran və Çin

İranın siyasi ritorikası hər zaman İranın ABŞ iradəsindən qurtulmasını təmin edən çoxqütblü bir dünyaya inanıb. Tehrandakı qərar qəbul edən qüvvənin ən ciddi illüziyası isə ölkəsinin təcrid olunmadığını və inşa edilən ABŞ əleyhinə strateji quruluşa daxil olduğunu göstərmək üçün Çini önə sürməsi idi.

Məsələn, keçən yay 400 milyard dollar dəyərində Çin-İran “ortaqlıq müqaviləsi”nin imzalanmasında böyük bir İran sızıntısının şahidi olduq. Ancaq bu saf bir xəyaldan başqa şey deyildi.

Əslində isə Pekinlə Vaşinqton arasındakı gündəmin əsas prioritetlərindən biri prezident Trampın alovlandırdığı ticarət müharibəsinin nəticələrini aradan qaldırmaqdır. Başqa sözlə, Tehranın gözləntilərinə rəğmən ABŞ-a qarşı Çinin edə biləcəyi ən son şey İranla birgə hərəkət etməkdir. Bunu ABŞ-la ticarət müharibəsinin ən pik dövründə belə etmədi.

Digər tərəfdən, rəqəmlərin səsi Tehrandakı siyasi ritorikadan daha yüksək çıxır. 2019-cu ildə 558 milyard dollara çatan ticarət həcmi və ticarət balansında Çin lehinə 345 milyard dollarlıq kəsirlə ABŞ-ın üçüncü ən böyük ticarət ortağı olub.

Həmçinin, Çinin ABŞ-la ticarəti Çinin ümumi xarici ticarət həcminin təxminən 13%-ni təşkil edir. Bu rəqəmlərlə yanaşı, Çinin İranla münasibətləri çox gülünc görünür və Pekinin hesablarında Tehran sadəcə ucuz bir yanacaqdoldurma məntəqəsidir. Çünki məlum olduğu kimi, Pekinin siyasi mövqeyindən asılı olmayaraq, Tehran öz neftini Çinə satmağa davam edəcək.

3) İranAvropa

İran rəhbərliyinin beynəlxalq münasibətlərdəki müxtəlifliyi, xüsusən Tramp kimi sərt bir lider olduğu zaman Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq sistemə nüfuz etmə qabiliyyəti ilə bağlı təbliğatının əhatə dairəsini açıq şəkildə ortaya qoyur.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ən yüksək olduğu dövrdə Tehran Avropaya olan inamının necə az olduğunu kəşf etdi. İngiltərə, Fransa və Almaniya tərəfindən Avropa şirkətlərinə ABŞ-ın sanksiyaları ilə toqquşmadan İranla ticarət etmək imkanı verən ödəmə sistemi “INSTEX”in uğursuzluğu da bunun ən yaxşı sübutudur.

Əslində, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Rəvançi də bir neçə gün əvvəl avropalıların “INSTEX” sisteminin effektivliyini sübut etməli olduğunu vurğulayıb və Avropanın ödəmə sisteminin uğursuz olduğu təsdiqləyərək: “İran nüvə anlaşmasının iqtisadi üstünlüklərindən faydalanmalıdır”, deyə açıqlama verib.

Rəqəmlər isə göstərir ki, İranla Avropa Birliyi ölkələri arasındakı ticarət həcmi bu il təxminən 1/3 azalıb.

Avropa hər gün İranın onların torpaqlarında yaratdığı təhlükənin böyüklüyünü kəşf edir və bəzi Avropa hökumətlərinin xilas etməyə çalışdığı rejimin əsl üzü də elə Avropa ictimaiyyəti qarşısında ifşa edilir.

Məsələn, Avropa vətəndaşları ən azı bir dəfə “Telegram”da yayımlanan “Amad News”un direktoru jurnalist Ruhullah Zemi İran hökumətinin edam etməsi barədə xəbərləri oxuduqda bunun insan haqlarına zidd olduğunu düşündülər.

Daha sonra oxuduqda isə İranın Avropa təhlükəsizliyindəki pozuntularının dərəcəsi ilə bağlı narahatlıqları daha çox olar. Fransada qaçqın statusu ilə yaşayan Ruhullah Zem İraqa gəlməyə razı olduqdan sonra orada İnqilab Keşikçiləri kəşfiyyatı tərəfindən tutularaq İranda edam edilmişdi.

Türk mediası da İsveçdən İstanbula, daha sonra da İrana qədər davam edən oxşar bir qaçırılma hadisəsini ortaya çıxarmışdı və bu dəfəki qurban Əhvazın Qurtuluşu üçün Ərəb Mübarizəsi Hərəkatı (ASMLA) liderlərindən biri olan, İsveç vətəndaşı Həbib Çaab idi.

İranlı diplomat Əsədullah Əsəd və üç köməkçisinin 2018-ci ildə Fransanın paytaxtı Paris yaxınlığındakı bir yığıncağa bomba hücumu etməyi planlaşdırması ilə bağlı məhkəmə işini isveçlilər, fransızlar və belçikalılar yaxından izləyirlər.

Bu iş ilə Avropa Birliyi ölkələri ilk dəfədir ki, bir İran rəsmisini “terrorizm” ittihamı ilə mühakimə edirdi. Bu halda isə Avropa təbii olaraq yaramaz bir dövlət olduğunu sübut edən İranın lehinə təbliğat aparmaz.

Bütün bunlarla yanaşı, yeni sülh müqavilələri və İsrail ilə BƏƏ, Bəhreyn, Sudan və Mərakeş arasındakı münasibətlərdə strateji çevrilmə, İraqın ərəb qonşuları ilə münasibətlərindəki siyasi dönüşümlər, molla rejiminin nüfuz və mövqeyi və Süleymani ilə Fəxrizadənin qətli də onu göstərir ki, İran yeni bir strateji reallıqla mübarizə aparmalıdır.

Bu strateji reallıq onun seçimlərini çətinləşdirsə də, Barak Obama administrasiyasında olduğu kimi, dünyanı asanlıqla aldada biləcəyini düşünməsinin də qarşısını alır.

Bayden administrasiyası isə İrana daha çox təcrid və tənəzzül vəd edir. Bu, bir tərəfdən İranın və ehtiyatsız seçimlərinin daha təhlükəli olacağı, digər tərəfdən isə cavablarının sərtləşəcəyi mənasına gəlir. İranı çətin bir payız gözləyir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar