Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden adminstarasiyasını Azərbaycana qarşı münasibətdə necə dəyərləndirmək olar? - Ərəstun Oruclunun şərhi

Yeni administrasiya Azərbaycan-Ermənistan münaqişəsinə ən azından Tramp adminstrasiyası qədər nisbətən bitərəf mövqe sərgiləyəcəkmi?..

Siyasi şərhçi: “Bayden administrasiyasının Azərbaycana qarşı siyasətində həm pozitiv, həm də neqativ məqamlar olacaq”.

“Bir çoxları Baydenin seçki qabağı kampaniyada ermənilərə dəstək verməsini, Türkiyəni, Azərbaycanı kəskin tənqid etdiyini əsas götürərək deyirlər ki, Bayden administrasiyasının Azərbaycana qarşı qərəzli münasibəti olacaq. Amma mən belə düşünmürəm”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Bayden administrasiyasının Azərbaycana qarşı aparacağı siyasəti PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi oldu. Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içdi.

Co Baydenin qalib gəlməsinə sevinənlərin hərəsinin özünə görə səbəbləri var. Məsələn Çinlilər Trampın Ağ evi tərk etməsinin iki ölkədə ticarət müharibəsinin başa çatmasına səbəb olacağına ümid edirlər. Avropalı liderlər də Co Baydenin qalib gəlməsi ilə Trampın prezidentliyi dövründə korlanmış siyasi və iqtisadi münasibətlərin əvvəlki səviyyəsinə qayıdacağına ümid bəsləyirlər. Avropalı liderlər Co Baydenin prezidentliyi dövründə Trampın zamanında ABŞ-ın tərk etdiyi Paris İqlim Sazişinin, İranın nüvə sənayesi fəaliyyətini məhdudlaşdıran Birgə Hərtərəfli Hərəkət Planının (Joint Comprehensive Plan of Action) yenidən bərpa olunacağına ümid edirlər. Ən əsası isə Co Baydenin prezident seçilməsi ilə Transatlantik əməkdaşlığın əvvəlki səviyyəsinə qayıdılacağına, Vaşinqtonun NATO çərçivəsində öhdəliklərinə sadiqliyi ilə bağlı müttəfiqlərində əminlik yaradacağına inanırlar.

ABŞ-dakı erməni lobbisinin isə Bayden administrasiyasından gözləntiləri daha çoxdur. Qeyd edək ki, Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı ən köklü erməni lobbisi olan Erməni Milli Komitəsindən istifadə etməklə onun Türkiyəyə qarşı addımlar atmasına çalışır. Baydenin inauqurasiya mərasimindən dərhal sonra Erməni Milli Komitəsi təbrik mesajı yayıb.

Çox sayda tələbin olduğu təbrik mesajında Erməni Milli Komitəsi ötən il baş verən qarşıdurmanın ardınca Ankara və Bakıya sanksiyalar tətbiq edilməsini istəyib.

Erməni Milli Komitəsinin Baydeni təbrik mesajında Türkiyə və Azərbaycanla bağlı bu tələblər yer alıb:

- Qanunlar əsasında ABŞ ordusunun və təhlükəsizlik qüvvələrinin Azərbaycan və Türkiyəyə dəstəyi (silah ixracı da daxil olmaqla) dayandırılmalıdır.

- Əliyev və Ərdoğan “rejimin”ə Dağlıq Qarabağda baş verən insan haqlarını “pozması” səbəbindən sanksiyalar tətbiq edilməlidir.

- Dövlət Departamenti, Pentaqon və Ədliyyə nazirlikləri Azərbaycanın istifadə etdiyi Türkiyə istehsalı olan Pilotsuz Uçuş Aparalarının ABŞ-dan alınan hissələri ilə bağlı araşdırma aparılmalıdır.

Xatırladaq ki, Co Baydenin bütün siyasi karyerası boyunca ermənipərəst mövqe tutması, Azərbaycana qarşı bir sıra məhdudiyyətlər nəzərdə tutan “Azadlığa dəstək” Aktına 907-ci düzəlişə səs verməsi hər kəsə məlumdur. Ancaq Co Bayden vitse-prezident olduğu 8 il ərzində 907-ci düzəliş dondurulmuşdu və Azərbaycan ABŞ-dan birbaşa yardımlar alırdı. Buna görə ehtimal etmək olar ki, prezident Bayden “senator Bayden”dən fərqli siyasət aparacaq.

Co Baydenin yeni adminstarasiyasını Azərbaycana qarşı münasibətdə necə dəyərləndirmək olar? Ümumiyyətlə yeni adminstrasiya Azərbaycan-Ermənistan münaqişəsinə ən azından Tramp administrasiyası qədər nisbətən bitərəf mövqe sərgiləyəcəkmi?

PİA.az-ın əməkdaşı Bayden administrasiyasının Azərbaycanla bağlı gələcək siyasətini hal-hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Bayden administrasiyası bölgədə aktivləşəcək və Azərbaycanı tərəfdaş kimi görməyə çalışacaq”.

İnsan haqları məsələsinə, ölkədə hüquq və azadlıqların kütləvi pozulması məsələsinə Bayden administrasiyasının Tramp administrasiyasından daha həsas münasibət göstərəcəyini proqnoz edən siyasi şərhçi PİA.az-a bildirib ki, bu mənada Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlər olacaq. Hətta ola bilsin ki, bu barədə hansısa təsirli addımlar da atılsın:

“Hal-hazırda bu barədə dəqiq nəsə demək çətindir. Çünki Bayden administrasiyası hələ dünəndən fəaliyyətə başlayıb. Trampın hakimiyyəti dövründə ABŞ-ın xarici siyasətində baş vermiş kardinal dəyişiklikləri Bayden administrasiyası öz məcrasına qaytarmağa çalışır. İlk növbədə görünən tendensiya budur.

Bir çoxları Baydenin seçki qabağı kampaniyada ermənilərə dəstək verməsini, Türkiyəni, Azərbaycanı kəskin tənqid etdiyini əsas götürərək deyirlər ki, Bayden administrasiyasının Azərbaycana qarşı qərəzli münasibəti olacaq. Amma mən belə düşünmürəm. Əlbəttə ki, insan haqları məsələsinə, ölkədə hüquq və azadlıqların kütləvi pozulması məsələsinə Bayden administrasiyası Tramp administrasiyasından daha həsas münasibət göstərəcək. Düşünürəm ki, bu mənada Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlər olacaq. Hətta ola bilsin ki, bu barədə hansısa təsirli addımlar da atılsın. Mən bunu istisna etmirəm.

Ərəstun Oruclu: “Bayden administrasiyası Tramp administrasiyasından fərqli olaraq bölgəyə və Azərbaycana diqqət edəcək. Bu artıq görünməkdədir”.

Ümumi siyasətə gəlincə isə düşünürəm ki, Bayden administrasiyası bölgədə aktivləşəcək və Azərbaycanı tərəfdaş kimi görməyə çalışacaq. Bunu ABŞ-ın Yaxşı Şərqdəki, Qafqazdakı, Avrasiya məkanındakı strateji, siyasi və iqtisadi maraqları tələb edir. Amma burada da hər şey bir birmənalı deyil. Yəni burada Rusiyanın, İranın təsirləri var. Hətta Türkiyə-ABŞ münasibləri var ki, Azərbaycana münasibət də bundan xeyli dərəcədə asılı olacaq.

Ümumiyyətlə düşünürəm ki, Bayden administrasiyasının Azərbaycana qarşı siyasətində həm pozitiv, həm də neqativ məqamlar olacaq. Sadəcə olaraq buna hazır olmaq lazımdır. Yəni Bayden administrasiyasının Azərbaycana qarşı münasibətinin müsbət və yaxud mənfi olacağını birmənalı olaraq demək çətindir.

Hər bir halda bir daha qeyd edim ki, Bayden administrasiyası Tramp administrasiyasından fərqli olaraq bölgəyə və Azərbaycana diqqət edəcək. Bu artıq görünməkdədir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Bayden


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar