Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Batut və tamblinq üzrə milli yarışlar mövsümü başa çatıb

Bakının iki fərqli məkanında tamblinq və batut gimnastikası üzrə yerli yarışlar təşkil edilib

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə 5-ci ölkə çempionatı və birinciliyi isə Bakı Olimpiya İdman Kompleksində keçirilib.

İki günlük yarışlarda Bakı Gimnastika Məktəbi və "Neftçi" İdman Klubunu təmsil edən tamblinqçilər uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıblar.

Batutçular isə fərdi və sinxron proqramda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında Bakı Gimnastika Məktəbi və "Ocaq Sport" İdman Klubunu təmsil ediblər. Batut yarışlarında ilk dəfə olaraq Qaxdan olan gimnastlar çıxışlarını nümayiş etdiriblər.

İlin yerli yarışlar mövsümü Sumqayıtda başa çatacaq. Belə ki, kişi və qadın idman gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə son yerli yarışlar Sumqayıtda təşkil olunacaq.

pia.az


Etiket: Gimnastika


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar