Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna dövlət qayğısı...

Azərbaycanın zəngin tarixə və əsrarəngiz təbiətə malik qədim yaşayış yerlərindən biri də İsmayıllı rayonunun 2500-3000 illik tarixi olan Basqal qəsəbəsidir. Belə ki, Basqal qəsəbəsinin qədim hissəsini əhatə edən Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu 1989-cu ildə yaranmışdır. Basqal dedikdə ilk ağıla gələn məşhur Basqal ipəyi və ondan hazırlanan Kələğayı olsa da, bu qoruğun ərazisində bir-birindən qədim və zəngin tarixə malik  Qalabaşı orta əsrlər qalası, Qoşabulaq, Dəmirçibazar, Dərə-məhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələri, Bazar meydanı, bulaqları, kürəbəndləri, 40-dan çox tarixi yaşayış evi və sənətkar karxanası, Düzən qəbiristanlığı, Pir çinar, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, tarixi hamam və digər abidələri vardır. Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir.

Basqalın Qalaları antik və ilk orta əsrlər yaşayış yeri arxeoloji baxımdan çox zəngindir. Bunu nəzərə alan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 2019-cu ildən başlayaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru Qafar Cəbiyevin başçılığı ilə arxeoloji qazıntı işləri başlamışdır. Ərazidə aparılan arxeoloji tədqiqatlar nəticəsində 121 ədəd maddi mədəniyyət nümunəsi aşkarlanıb. Oradan aşkar olunan maddi-mədəniyyət nümunələri, o cümlədən saxsı məmulatı Basqal Qoruğunda nümayiş olunur.

Belə ki, son illər bu qəsəbədə dövlət qayğısı nəticəsində gedən inkişaf göz önündədir. Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl ölkə başçısı tərəfindən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. Dövlət Turizm Agentliyi tərəfindən tarixən Basqalın mərkəzi hesab olunan orta əsrlər yol mədəniyyətinə xas olan pilləkənvari və daş döşəməli yolların, ənənəvi hasarların və qədim taxta qapı-darvazaların qorunub saxlanıldığı 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanının abadlaşdırılmasına xüsusi diqqət yetirilib.

Bu işlərin nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 12 avqust tarixində Basqal qoruğuna səfər etmişlər. Səfər zamanı ölkə başçısına məlumat verildi ki, qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib. Muzeydə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlar təqdim olunur.

Aparılan tədqiqatlar nəticəsində 1854-cü ildə tikilən tarixi-memarlıq abidələrindən biri olan Hacı Bədəl məscidi, nəhəng gövdəsi və iri koğuşu ilə seçilən, dünyada əkilmə tarixi dəqiq bilinən yeganə ağac, 1563-cü ilə aid edilən və keçmişdə Basqal camaatı tərəfindən “Pir Çinar” adlandırılaraq müqəddəs hesab edilən çinar ağacı, XV əsrə aid olunan, 2020-ci ildə arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılıb tarixi üslubda yenidən təmir edilmiş “Pir çinar bulağı” və onlarla digər tarixi abidələr haqqında müfəssəl məlumatlar əldə edilib.

Bundan əlavə, 7 sənətkar emalatxanası təmir olunub, magistral yoldan qoruğa qədər olan yol yenidən qurulub. Qoruq ərazisində 2 küçədə qaz xətləri yerin altına salınıb, ərazidə olan rabitə xətləri yenilənib. Həmçinin Basqal qəsəbəsinin elektrik təchizatı sisteminin yenidən qurulması işləri aparılıb, su və kanalizasiya şəbəkəsinin bərpası üzrə işlər başa çatdırılıb. Bazar meydanı ərazisində köhnə yarımçıq tikililər sökülüb, qəsəbənin girişində avtomobil dayanacağı, turizm məlumat mərkəzi tikilib. Ərazidə abadlıq işləri aparılaraq yol və səkilər düzəldilib, Bazar meydanında qoruq üçün inzibati bina inşa olunub. Küçələr boyunca divarlar, döşəmələr, qapı və darvazalar bərpa edilərək tarixi mühitə uyğunlaşdırılıb və işıqlandırma işləri görülüb.

Azәrbaycanın әn qәdim yaşayış mәskәnlәrindәn olan Basqalda turizmin inkişaf etdirilmәsi üçün lazım olan hәr bir şәrait mövcuddur. Belәliklә, keçmişimizdәn süzülüb gәlәn mәnәvi-әxlaqi vә dini dәyәrlәr, әnәnәyә vә adәtlәrimizә söykәnәn tәlim-tәrbiyә üsulları vә davranış normaları istәr basqallı ailәsindә, istәrsә dә qәsәbәnin ictimai hәyatında bütün qabarıqlığı ilә özünü göstәrir. Buranın insanlarının da müxtәlif dövrlәrdә yaranmış xeyirxah әmәllәri, söz sәnәti incilәri xalqın mәdәniyyәt abidәsi kimi maddi dәyәrlәrimizdәn heç dә az qorunmur.

Elvin Orucov, “Yanar dağ” Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğunun direktoru

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar