Cümə, 23 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Başçının 5 villası var, vətəndaş isə... - Şəkidə acınacaqlı mənzərə...

“Ötən gecə şimşək çaxdı, yağış başladı, tez evdən çıxdıq, hərəmiz bir qoşuya qaçdıq. Sağ olsun qonşularımız, heç olmasa belə vaxtlarda bizi evlərinə buraxırlar. Səhər baxdıq ki, evin içərisi su ilə dolub. Vedrə-vedrə götürüb, suyu tökdük çölə. İndi də gözləyirik ki, döşəmə, divar azca qurusun, yığışaq evə…”

Bunu Şəkinin Baş Göynük kəndinin sakini Baba Salmanov deyir. O, dövlətdən evinin təmir-bərpasını, pay torpağında əkin işləri aparılması üçün şərait yaradılmasını, övladlarına və özünə iş tələb edir.

Baba Salmanov kəndin girəcəyindəki ərazidə – özü demişkən, “nuh əyyamından qalmış” uçuq, sökük bir daxmada 9 nəfərlik ailə üzvü ilə yaşayır. Deyir, palçıqdan hörülmüş bu evi azı 50 il əvvəl atası alıb, atasından da ona qalıb. 1 otaqlıdır, ailə üzvlərinin sayı artdıqca, o bir otağın üstündə özü yatmağa yer düzəldib, kənarlarını selofanla sarıyıb: “8 övladım olub, biri elə bu şəraitsizlikdən, soyuqdan öldü, 7 övladım isə ilboyu xəstəliklərlə mübarizə apara-apara böyüdü. Oğlanlarımı evləndirə bilmirəm. Çünki ev, iş yoxdur. Gedirlər Bakıya, daş karxanalarında daş atırlar, qəpik-quruş gündəliyə işləyirlər, onu da sahibkar kəsir, hər dəfə bir bəhanə ilə zəhmət haqqını vermir. Nəticədə, nə ev qura, nə də həyatımıza çəki-düzən verə bilirik… 9 nəfər bir otaqda yatıb-durur. Qızımın ailəsi dağılıb, o da azyaşlı nəvəmlə bizə sığınıb. Uşaq dərsləriylə elə yatıb-durduğumuz bir otaqda məşğul olur”.

Baba Salmanovun sözlərinə görə, dövlət qurumlarının nümayəndələri tərəfindən evə yalnız bircə dəfə baxış keçirilib. O da nəticəsiz qalıb: “5-6 il əvvəl gəlib, baxıb dedilər, bu uşaq da, burda yaşayan yaşlı insanlar da yazıqdır. Bir yer tapıb köçün burdan… Bura xəstəlik mənbəyidir. Hətta, məmurlardan biri dedi: “Bu, nə evdir, mənim tualetim bundan şəraitlidir”. Baxdılar, yazıb-pozdular, dedilər, yenə gələcəyik, gəlmədilər”.

Birotaqlı, uçuq daxma kəndin girəcəyindədir. Baba Salmanov deyir ki, hər dəfə rayon rəhbərliyindən kiminsə yolu kəndə düşəndə, götürüb evə gətirir, vəziyyətlə tanış edir. Ancaq nə faydası? Deyir, vəziyyətimizi görən məmurların hərəsi bir vəd verib, aradan çıxır.

Salmanovlar ailəsi evin yaxınlığındakı kiçik torpaq sahəsində meyvə-tərəvəz əkir, həmin sahədən götürdükləri məhsulla qidalanırlar. Baba Salmanov yenə qonşulara duaçıdır: “Sağ olsunlar, xeyirxah insanlar çoxdur. Oğlanlarım həftələrlə Bakıda daş karxanalarında pulsuz işləyəndə, qonşular ac qalmamağımız üçün bizə ərzaqla yardımçı olurlar. Bir kəndlinin arzusu odur ki, malı-heyvanı olsun, əkin-biçini olsun, bizdə isə bunların heç biri yoxdur. Kənddən 20 kilometr aralıda pay torpağımız olsa da, yol uzaq olduğundan, sahəyə su, gübrə, texnika verilmədiyindən indiyədək əkib-becərə bilməmişik. Dövlət şərait yaratsaydı, kəndliyə verdiyi torpaq istifadəsiz qalmazdı, əkərdik, məhsul götürərdik, dolanardıq, özümüzə şərait qurardıq, ev qurardıq, oğlanlarımızı evləndirərdik, dövlətin yaxasından da sallanmazdıq”.

Baba Salmanov 4 aydır ki, Şəki Rayon Məşğulluq Mərkəzinə ayaq döyür ki, ödənişli ictimai işlərdən birini də ona ayırsınlar. Ancaq ona “boş iş yeri qalmayıb” deyilir: “Rayonda, kəndlərdə kimə baxırsan, hamı işsiz-gücsüz gəzişir, hamı iş axtarışındadır. Kim Məşğulluq Mərkəzinə gedirsə, elə qapıdaca deyirlər, iş yerləri dolub. Hamı da mənim kimi axtarır görsün ki, icra hakimiyyətinin də, Məşğulluq Mərkləzinin də dediyi minlərlə iş yerlərinə götürülənlər kimlərdir?”(dia.az)

pia.az


Etiket: Şəki


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyanın yalvarış üçün “yaratdığı” “WhatsApp” qrupu - Satirik videoçarx

Azərbaycan Ordusunun qarşısında yalnız bir ciddi məsələ qalıb...

Ərdoğanın kürəkəni – ermənilərin qorxulu yuxusu

Putin: “Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”

Məşhur türk bloqqer "Ermənistanın ordu sıralarında"

Ermənilər Xankəndidən qaçıb: “Ruh şəhər”də küçələr boşdur - Foto

Azərbaycan əsgəri Laçına doğru irəliləyir - Qubad İbadoğlu

Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - Video

Azərbaycan Ordusu düşmənə zərbələr endirib - Video

“İlk dəfədir Rusiya prezidentinin dilindən bu cür ifadə eşidirik” - Putinin Qarabağ açıqlamasına şərh

Rusiya Dövlət Duması: Zatulinin Qarabağda desant əməliyyatı barədə şərh vermək səlahiyyəti yoxdur

Rusiya prezidenti: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"

loading...

Ən çox oxunanalar