Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başçı yeni olsa da, narazılıq artmaqdadır...- Saatlıda

Deyəsən, Nazim İsmayılov Sabirabaddan sonra Saatlı RİH rəhbəri postunda çox otura bilməyəcək...

Bunu elə Saatlıdan artan narazılıqların dinamikasından da sezmək mümkündür. Qeyd edək ki, son günlər, daha dəqiqi Nazim İsmayılovun Saatlıya rəhbər göndərilməsinin ardından bu rayonla bağlı davamlı gileylər ictimailəşməkdədir.

DİA.AZ-a daxil olan son müraciətdə isə qeyd olunur ki, Nazim İsmayılov sözügedən yeni postuna təyin olunduqdan sonra ilk işi "YERLİ POTENSİALI" öyrənmək olub.

Yazılanlarda deyilir:

"Burada "yerli potensial" dedikdə başçıların nəyi nəzərdə tutduqlarını təxmin etmək çətin deyil. Nazim İsmayılov da gəldiyi ilk gündən Saatlı sahibkarlarını - obyekt sahiblərini, fermerlərini hədəfə alıb. Bu gün Saatlıda bütün iri təsərrüfat sahibləri başçıya haqq verirlər, desək, yanılmarıq. Əksi mümkün də deyil. Nazim İsmayılov qısa müddətdə elə bir rejim yaradıb ki, onun qılıncının altından keçməyən nə əkin əkə bilər, nə də əkininin bəhrəsini görə bilər.

Obyekt sahiblərinə gəlincə isə, ən qara günlü olanı onlardır. Bu gün Saatlıda bütün iri obyektlədə başçının ayrıca haqqı var. Hətta restoranlar belə "başçının qonaqlarını" qarşılamaqdan cana doyublar".

Şikayəti yazan müəllif dia.az-a göndərdiyi məqaləsində onu da bildirir ki, əgər bu şəkildə vəziyyət davam edərsə, Nazim İsmayılov Saatlıda ço otura bilməyəcək: "Saatlı balaca rayondur, amma Nazim İsmayılovun düşündüyü qədər də yox..."

Qarşı tərəfi də dinləməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar