Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başçı Biləsuvarda narazılıq yaradır... - Məmur əkin əkir, kəndli dərd çəkir...

"Deyirlər, Araz quruyub...”

"Məmurlar özlərinə kəndimizin arxa tərəfində iri əkin təsərrüfatları yaradıblar. 500 hektarda pambıq, 600 hektarda çəltik, qalan sahədə qarğıdalı əkilib. Kəndin bütün su ehtiyatı həmin sahələrə yönləndirilib. Sadə kəndlilər susuzluqdan əkinçiliklə məşğul ola bilmirlər”.

Bunu Biləsuvarın Nəsimikənd sakinləri deyir. Onların sözlərinə görə, rayonun icra hakimiyyətinin başçısı və onun işçiləri kəndin yaxınlığında iri əkin təsərrüfatları yaradıb. Əkin-biçin vaxtı bütün su və texniki resurslar həmin əraziyə yönləndirilir. Nəticədə sadə kəndlilər əkin sahələrini suvara bilmirlər.

"Deyirlər, Araz quruyub”

Kənd sakinləri danışır: "Kəndlərdə heç içməyə də bir ovuc su tapılmır. "Betonkanal” deyilən ərazi var, bir qram su gəlmir ora... Çünki su kanallarını bağlayıblar. Heyvanlar susuzluqdan qırılır. "Əzizbəyov” su kanalı var, rayonda ən böyük kanaldır, onun da suyu özlərinin əkin yerlərinə yönləndirilib. Əhalini aldadırlar ki, guya Araz çayında su quruyub. Halbuki, Arazın suyu aşıb-daşır və hara axdığını da hamı görür”.

Kəndlilərin sözlərinə görə, onlara vəd olunub ki, Xudafərin su anbarından ehtiyat su alınıb, 3 gün ərzində əhali içməli su ilə təmin olacaq. Ancaq xeyli vaxt ötsə də, su yoxdur.

Kəndlilər: "İcra hakimiyyətinin bütün içşçiləri pambıq əkib. Bizim kəndin sakinləri də pambıq, taxıl əkiblər. Elə adam var ki, 50 min manat kredit götürüb... Həvəsləndirdilər, boş vədlər verdilər, biz də inanıb arpa sahələrimizi şumlayıb, yerində pambıq əkdik. İndi su vermirlər ki, işimizi bilək. Hamı borcun içində batır. Bu adamlar bu pulları necə qaytaracaqlar?”

"Pambıq əkib peşman olublar"

Kəndlilərin pambıq əkini peşmançılıqları da gec qalıb. Pambıq əkinindən sonra torpaq münbitliyini itirdiyindən kəndlilər növbəti illərdə həmin ərazilərdən başqa əkin məqsədləri üçün istifadə edə bilməyəcəklər. Pambıq əkininə qədər heyvandarlıqla məşğul olanların da işi qəlizləşib. Çünki onlar da bir müddət əvvəl heyvanlarını satıb əldə etdikləri pulları pambıq işinə yönləndiriblər.

Biləsuvar Rayon İcra Hakimiyyəti deyilənləri təkzib edib. Qurumdan bildirilib ki, nə başçının, nə də qurumun başqa işçilərinin rayonda əkin təsərrüfatı var.

Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsindən isə bildirilib ki, rayonda əkin sahələri növbəli qaydada suvarılır. Havaların quraq keçməsi Araz çayında suyun səviyyəsini aşağı salıb. Bu da sahələrin suvarılmasına mənfi təsir göstərir. Rayon rəhbərliyi əkin sahələrinin vaxtında suvarılması üçün idarə alternativ variantlar düşünür.

Beləcə, su olmasa, həm Nəsimi, həm də digər kəndlərdə ağ qızıl tarlaları tamamilə məhv ola bilər.

Nəsimi kəndinin 4200 əhalisi var. Kəndlilərin əsas məşğuliyyətləri heyvandarlıq və əkinçilikdir.

pia.az


Etiket: Biləsuvar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar