Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş redaktor Avropa Məhkəməsinə üz tutdu

anaxeber.az saytının işi Avropa İnsan Haqları Məhkəməsinə göndərilib

2018-ci il avqutsun 7-də Səbail Rayon Məhkəməsinin qərarı ilə bloklanan anaxeber.az saytının işi Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.

Bu barədə arqument.az-a saytın baş redaktoru Azər Talıbov məlumat verib.

O bildirib ki, hakimiyyətin mediaya təzyiqi nəticəsində saytı bloklanıb və özünə xəbər verilmədən məhkəmə prosesi keçirilib.

Baş redaktor deyib ki, ölkədə bütün məhkəmə instansiyalarına müraciət etsə də, hüquqi problem aradan qaldırılmayıb.

"Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin siyasi sifariş əsasında verdiyi bu qərar hüquqi qiyməti Avropa Məhkəməsi verəcək. Zatən, məmur özbaşınalığı ölkənin imicinə ciddi zərbə vurub. Bu addım da ölkədə media azadlığının necə boğulmasından xəbər verir", - baş redaktor deyib.

Avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının bloklanması barədə qərar qəbul edib.

Avqustun 8-də isə Səbail Rayon Məhkəməsi "Arqument.Az" və "Xural.com" saytları bloklanıb.

Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə əsasən avqustun 10-da Arqument.az saytına girişin məhdudlaşdrılması barədə qətnamə ləğv edilib. Lakin aprelin 8-də sayta xəbərdarlıq edilmədən yenidən blok qoyulub və hələ də heç bir rəsmi açıqlama verilməyib.

2017-ci ilin mayın 12-də Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, "Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və "Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və "Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.(Anaxeber.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar