Çərşənbə, 26 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Baş Prokurorluq: Tovuzda 3 nəfəri cərəyan vurması faktı ilə bağlı cinayət işi başlanıb

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir...

 

Yanvarın 23-də Tovuz rayonunun Əyyublu kəndində yerləşən “Polatyol Yapı” şirkətinin ərazisində həyata keçirilən tikinti işləri zamanı 3 nəfər ustanın elektrik cərəyanı vurması nəticəsində xəsarət alamaları faktı ilə bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə həmin şirkətin ərazisində aparılan yol-tikinti quraşdırma işləri zamanı ustalar - 1992-ci il təvəllüdlü Nihad Xudai, 1980-ci il təvəllüdlü Ayət Abduləzov və 1975-ci il təvəllüdlü Sulidin Abduləzov tikinti meydançasında olan qaldırıcı kranın yüksək gərginlikli elektrik naqilinə toxunması nəticəsində xəsarət alaraq Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib.

Hazırda N.Xudainin vəziyyəti ağır, A.Abduləzov və S.Abduləzovun vəziyyəti isə orta-ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

İlham Əliyevdən Xocalı soyqırımı paylaşımı: “Ədalət zəfər çalacaq!” - Video

Siyavuş Novruzovdan həbs olunan icra başçısı ilə bağlı inanılmaz açıqlama

Maliyyə Nazirliyi ETSN-də yoxlama aparır: Muxtar Babayevin əmisi oğlunun başı dərdədir

Elzadan növbəti "şedevr"-  Koronavirusa "şeir" yazdı

Masazırda qanlı olay: əvvəl döydülər,sonra güllələyib qəbristanlıqda basdırdılar

Tramp Dərin dövlətə qarşı müharibəyə başlayıb...

"Onu kim deyirsə,qələt edir" - Hafiz Hacıyev "koronavirus şaiyəsinə" aydınlıq gətirdi

Bulvarda intihar edən qızın ölümündə gizli pərdələr açılır

Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”

Əli Əsədovun Ərdoğanla salamlaşması Türkiyə mətbuatında gündəm oldu - Video

Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi – Sərəncam

Prezidentlər mətbuata bəyanatla çıxış ediblər - Yenilənib,Foto,Video

loading...

Ən çox oxunanalar