Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Baş Prokurorluq Gəncədəki qətl hadisəsi ilə bağlı məlumat yaydı...

Gəncə Şəhər Prokurorluğu və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, İ.Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyi cinayəti etiraf edib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, mayın 26-sı saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusubov yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar olunub və faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar