Cümə axşamı, 26 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Baş Prokurorluq Çaxalyanın tutulması üçün Gürcüstanla əməkdaşlığa başladı

Azərbaycan Respublikası Baş Prokurorluğu Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanla bağlı məlumat yayıb.

Məlumatda altı gün əvvəl öldüyü bildirilən Çaxalyanın istintaqa cəlb edilməsi üçün Gürcüstan Baş Prokurorluğu ilə əməkdaşlığa başlanıldığı bildirilib:

“Əvvəllər xəbər verildiyi kimi, Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 114 (muzdluluq), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

İstintaq zamanı Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edən muzdlu Vaaqn Çaxalyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində rayon məhkəməsi tərəfindən qiyabı olaraq həbs qətimkan tədbiri seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilmişdir.

Bəzi kütləvi informasiya vasitələrində Vaaqn Caxalyanın döyüş əməliyyatları zamanı öldürülməsi, habelə Gürcüstan Respublikasının vətəndaşlığından məhrum edilməsi ilə bağlı məlumatlar yayılmışdır.

Bununla bağlı aparılan araşdırma zamanı Gürcüstan Baş Prokurorluğundan alınmış şifahi məlumata əsasən məlum olmuşdur ki, Vaaqn Çaxalyan 2019-cu ilin sonunda Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmiş, bu səbəbdən 2020-ci ilin əvvəllərində Gürcüstan həmin şəxsin vətəndaşlığına xitam vermişdir. Daha sonra Vaaqn Çaxalyan Gürcüstanın müvafiq dövlət qurumlarına müraciət edərək həmin ölkənin vətəndaşlığının bərpa edilməsini xahiş etmiş, lakin 2020-ci ilin iyun ayında onun müraciətinə mahiyyəti üzrə baxılmaqdan imtina edilmişdir.

Vaaqn Çaxalyanın öldürülməsi ilə bağlı 25.10.2020-ci il tarixdə Gürcüstan media səhifələrində yayılmış məlumatla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Gürcüstan Baş Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində həmin məlumat öz təsdiqini tapmamışdır.

Hətta bundan bir neçə gün sonra V.Çaxalyanın “Facebook” sosial şəbəkəsindəki hesabında döyüş əməliyyatlarında iştirakını davam etdirməsinə dair informasiya yerləşdirilmişdir.

Odur ki, Vaaqn Çaxalyanla əlaqədar istintaq edilən cinayət işi üzrə Gürcüstan Baş Prokurorluğuna hüquqi yardım haqqında rəsmi vəsatət verilmiş və vəsatətin icrası ilə bağlı Gürcüstan Baş Prokurorluğu ilə mütəmadi olaraq əlaqə saxlanılır.

Hazırda Vaaqn Çaxalyan beynəlxalq axtarışda olmaqla Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi üzrə istintaq davam etdirilir”.

Qeyd edək ki, oktyabrın 9-da Baş Prokurorluq Vaaqn Çaxalyan və Fransa vətəndaşı Artur Ohanisyan haqqında cinayət işi açıldığını bəyan edib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?

Ermənilər Zod qızıl yatağını verməmək üçün saxta sərhəd düzəltdilər

Ermənilərin yaşadığı bölgəni ruslar idarə edəcək

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

Paşinyandan Rusiya sülhməramlılarıyla bağlı açıqlama

MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub - Video, Foto

“Liderinin ölümünə hamıdan çox o sevinmişdi…” – Əliyevdən Əli Kərimli haqda şok sözlər

“Rusiya ordunu gücləndirəcək, amma...” - Ermənistanın sabiq baş naziri 

loading...

Ən çox oxunanalar