Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazirin artırdığı təhsil haqqları: Azərbaycanda təhsilin səviyyəsi xərcləri ilə mütənasibdir?

Bəzilərinə görə özəl universitetlər də bu qəraradan sui-istifadə edərək təhsil haqqını qaldıracaqlar...

Təhsil eksperti: “Bəzi ixtisaslarda təhsil haqqının artırılması digər özəl universitetlərin illik təhsil haqqlarının artırılması üçün zəmin olacaq”.

Azərbaycanda istər illik təhsil xərcləri və bu xərclərə daxil olan xidmətlə bağlı onu deyə bilərəm ki, verilən təhsilin və xidmətin səviyyəsi alıanan haqqlarla mütanasib deyil. Alınan haqq böyük, verilən savad və praktika isə minumumdur”.

Bu sözləri təhsil eksperti Elçinlə Əfəndi bəzi ixtisaslar üzrə təhsil haqqlarının artırılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun ötən həftə imzaladığı 239 nömrəli qərarına əsasən, 2020-2021-ci il tədris ili üçün dövlət hesabına təhsil alacaq bəzi ixtisaslar üzrə tələbələrin illik təhsil xərcləri artırılıb. Belə ki, bəstəkarlıq ixtisası üzrə 8200 manat, dekorativ sənət ixtisası üzrə 5200 manat və s. göstərmək olar.

Bəzilərinə görə özəl universitetlər də bu qəraradan sui-istifadə edərək təhsil haqqını qaldıracaqlar. Ümumiyyətlə Azərbaycanda təhsil səviyyəsi indiki təhsil xərcləri ilə mütanisibdir?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Əlbəttə ki, Baş nazirin təhsil haqqlarının artırılması ilə bağlı qərarı illik təhsil haqqına müəyyən dərəcədə təsir göstərəcək. Bəxi özəl universitetlər bundan istifadə edib təhsil haqqlarını qaldıracaq”.

Bəzi ixtisaslarda təhsil haqqının artırılması digər özəl universitetlərin illik təhsil haqqlarının artırılmasına zəmin ola biləcəyini vurğulayan ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bundan istifadə ed\n bəzi özəl universitetlər illik təhsil haqqlarını artırmağı qarşılarına məqsəd qoyacaqlar:

“Bildiyimiz kimi bəstəkarlıq, drijorluq, dekorativ sənəd üzrə təhsil haqqları həddindən artıq artırılıb. Əgər 2019-cu ilə qədər bəstəkarlıq üzrə təhsil haqqı 6800 idi, amma indi 8200 manat olub.

Bəzi ixtisaslarda təhsil haqqının artırılması digər özəl universitetlərin illik təhsil haqqlarının artırılmasına zəmin rol oynayır. Yəni bəzi özəl universitetlər illik təhsil haqqlarını artırmağı qarşılarına məqsəd qoyurlar. Məlumdur ki, hər bir dövlət hesabına oxuyan tələbənin təhsil haqqı dövlət büdcəsindən ayrılır və universitetə göndərilir. Bu da illik təhsil xərcləri olaraq hesablanır. Ödənişli ixtisaslarda oxuyan tələbələrin ödədiyi pul da illik təhsil haqqına hesablanır.

Əlbəttə ki, Baş nazirin təhsil haqqlarının artırılması ilə bağlı qərarı illik təhsil haqqına müəyyən dərəcədə təsir göstərəcək. Bəxi özəl universitetlər bundan istifadə edib təhsil haqqlarını qaldıracaq. Əslində isə bu universitetlərinverdikləri təhsilin keyfiyyətində heç bir dəyişiklik olmayacaq. Azərbaycanda istər illik təhsil xərcləri və bu xərclərə daxil olan xidmətlə bağlı onu deyə bilərəm ki, verilən təhsilin və xidmətin səviyyəsi alıanan haqqlarla mütanasib deyil. Alınan haqq böyük, verilən savad və praktika isə minumumdur. Burda bir-iki unuversiteti isitisna etmək olr, amma ümumi vəziyyət belədir.

Normal universitetlərə misal olaraq Bakı Ali Neft Universitetini və Xəzər Universitetini, göstərmək olar. Burada ödənilən təhsil haqqına müvafiq olaraq da tələbəyə təhsil verilir. Başqa universitetlərdə ödənilən təhsil haqqına görə tələbəyə yetərli savad və praktika verilmir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar