Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazir: "Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir"

Xəzər regionu ölkələri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”...

Bu fikirləri Gürcüstanın Baş naziri Giorgi Qaxariya İsveçrənin Davos şəhərində Böyük İqtisadi Forum çərçivəsində keçirilən “Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması”nda çıxışı zamanı söyləyib.

Baş nazir Gürcüstanın regiondakı mövqeyindən danışıb: “Biz hesab edirik ki, ölkəmiz Xəzər regionuna açılan qapıdır. Bu bizim üçün böyük əhəmiyyət daşıyan bir faktordur. Biz hesab edirik ki, ölkəmiz Avropa İttifaqı, Türkiyə, Çin və digər bu kimi iqtisadiyyatların ticarət məkanı üçün platforma rolunu oynaya bilər. Gürcüstan əhəmiyyətli mövqeyə malikdir. Biz bu resursdan vətəndaşların mənafeyi naminə necə yararlanmaq üzərində düşünürük. Bu məsələ Gürcüstan hökumətinin diqqətindədir“.

G.Qaxariya əlaqəli şəkildə fəaliyyət göstərməyin əhəmiyyətinə də toxunub: “Əlaqələrin qurulması bizim üçün böyük əhəmiyyət daşıyır. Bunun üçün biz burda, Davosdayıq. Burdayıq ki, regionumuzda, Gürcüstanda və Xəzər regionunda əlaqələrdən danışaq.“

Baş nazir Xəzər regionunda əməkdaşlığın vacib olduğunu deyib: “Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir. Bu tədbir də bizim birgə fəaliyyətimizin bir hissəsidir. Mən fəxr hissi keçiriəm ki, bu gün burdayam və ölkəm bu regiona daxildir“, – G.Qaxariya bildirib/Report.

pia.az


Etiket: Giorgi Qaxariya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar