Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazir istintaqa cəlb olundu, xanımı haqqında həbs qərarı verildi

Lesota Krallığının Baş naziri Tom Thabanenin xanımı Maesaiah Thabane haqqında polis həbs qərarı çıxarıb...

Ancaq Baş nazirin xanımını tapmaq hələ ki müşkül məsələyə çevrilib.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, Afrika qitəsində yerləşən kiçik Lesota Krallığının Baş naziri Tom Thabanenin birinci xanımı Lipolelo Thabane 2017-ci ildə silahlı hücum zamanı öldürülüb.

3 ildən sonra bu cinayəti araşdıran polis sui-qəsdin təşkil olunduğu ərazidən tapılan mobil telefon nömrəsinin Baş nazirə aid olduğunu bildirib.

Polis Baş nazir Tom Thabane və onun ikinci xanımı Maesaiah Thabaneni istintaq araşdırmasına ifadə verməyə dəvət edib.

Yerli mətbuat Baş nazirin könülsüz olsa da, cinayəti araşdıran polisin təklifinə müsbət cavab verdiyini, ancaq ikinci həyat yoldaşı Maesaiah Thabanenin istintaqa gəlmədiyini bildirib.

Baş nazir Thabane və istintaq orqanı hazırda Maesaiah Thabanenin harada olduğuna dair açıqlama verməyib.

Buna baxmayaraq istintaqı həyata keçirən polis Maesaiah Thabane haqqında həbs qərarı verdiyini elan edib.

Araşdırmanı aparan polis rəisi mətbuata açıqlamasında bildirib ki, 32 ildir peşə fəaliyyəti zamanı belə bir təhlükəli hadisə ilə qarşılaşmayıb.

Araşdırmanın aparılmasının bir neçə dəfə əngəlləndiyini qeyd edən polis rəisi nədənsə qorxmadığını bildirib.

Baş nazir və xanımı haqqında əldə olunan dəlillər ictimaiyyətə tam açıqlanmasa da, polis bəyan edib ki, dəlillər son dərəcə əsaslıdır. Hansı ki, bu sui-qəsdin açılmasında açar rolunu oynayacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar