Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş konsul: "Azərbaycan və Türkiyə əkiz qardaşdırlar"

Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən cümhuriyyətin elan edilməsinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub...

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə rəhbərləri və şəhər ziyalıları iştirak ediblər.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının foyesində təşkil olunan tədbirdə ilk olaraq Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cümhuriyyətin 96-cı ildönümü münasibətilə video təbriki izlənilib.

Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk qonaqları salamlayaraq hər iki ölkə arasında olan münasibətlərdən və əldə olunan nailiyyətlərdən bəhs edib: "Biz türklər altı qardaşıq. Azərbaycan və Türkiyə isə bu qardaşların əkizidirlər. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!"

Çıxışlardan sonra Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrının ifasında Azərbaycan və Türkiyə musiqisi nümunələri səsləndirilib. Gəncə Musiqi Kollecinin tələbələrinin təqdim etdiyi rəqs nümunəsi hər kəsin zövqünü oxşayıb.

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

pia.az


Etiket: Zeki Öztürk

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar