Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Baş katib koronavirusun dünya turizminə vurduğu ziyanın məbləğini açıqladı

Z.Pololikaşvili son 2 ayda təşkilatın həyata keçirdiyi işlərdən danışıb...

"Cənab Prezident, ilk növbədə, bu görüş üçün vaxt ayırdığınıza, bir daha ünsiyyətdə olmaq, söhbət etmək imkanına görə Sizə təşəkkür edirəm. Düz bir il bundan əvvəl, iyun ayında Bakıda olmuşuq, bizim İcraiyyə Şurasının iclası keçirilib".

PİA.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvil iyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfransda deyib.

"İcraiyyə Şurasının iclası bizim təşkilat üçün ən mühüm hadisələrdən biridir. Səmimi qonaqpərvərlik üçün bir daha təşəkkürümü bildirmək istəyirəm. Bütün qonaqlar çox razı qaldı, hər şey yaxşı oldu. Siz düzgün qeyd etdiniz, bu pandemiya bütün dünyanı cənginə alıb, 2-3 aydır ki, bütün dünya bağlıdır, 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb. Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub, nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmamışdı. İndi biz heç vaxt görmədiyimiz böhran içindəyik. Bu günə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir", - Baş katib bildirib.

Z.Pololikaşvili son 2 ayda təşkilatın həyata keçirdiyi işlərdən danışaraq qeyd etdi ki, qurum tərəfindən ilk gündən regionlar üzrə fəal ölkələrin, aidiyyəti beynəlxalq təşkilatların daxil olduğu böhran komitəsi yaradılıb, “Evdə qal ki, sabah səyahət edəsən” adlı kampaniya elan olunub. Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıqdan danışan Zurab Pololikaşvili mehmanxanaların sertifikatlaşdırılması üzrə layihənin dövlətimizin başçısı və təşkilat tərəfindən dəstəklənməsini məmnunluqla vurğuladı.(report)

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Fəttah Heydərovun dəfnində yüksək çinli məmurlar iştirak edib - Foto

Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərov vəfat etdi

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Bakı İcra Hakimiyyətinin şöbə müdirinin daha bir obyekti üzə çıxdı - Sənəd

Beyrutda baş verən partlayışda ölüm sayı 50 nəfəri ötüb, azı 2750 yaralı var - Video, Foto, Yenilənib

Akim Bədəlovun Almaniyada yeni şirkətləri üzə çıxdı - Həyat yoldaşı milyonerdir...

İlham Əliyev və Mehriban Əliyeva Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub - Foto, Yenilənib

Fəttah Heydərov haqda maraqlı məlumatlar: 30 il deputat...

loading...

Ən çox oxunanalar