Bazar, 05 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Baş infeksionistdən daha bir xəbərdarlıq

Bütün qapalı yerlərdə - metroda, avtobuslarda, eləcə də alış-veriş mərkəzlərində, mağazalarda tibbi maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir...

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Adları sadalanan ərazilərdə tibbi maskalardan istifadəni olduqca zəruri sayan baş infeksionist qeyd edib ki, bir çox insanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etməyərək qapalı məkanlarda, insanların çox cəmləşdiyi yerlərdə maska taxmırlar.

Bununla insanların sosial məsuliyyətsizlik nümayiş etdirdiklərini deyən C.İsayev bildirib ki, maskadan istifadə virusun yayılmasının qarşısını almağa yardım edir:

"Maska taxmamaqla insanlar yalnız özlərinin deyil, digərlərinin də həyatlarını təhlükəyə atırlar. Maskanın taxılması virusun yayılmasının qarşısının alınmasına müəyyən qədər təsir edir. Maska hava-damcı infeksiyasının yayılmasının qarşısının alınmasında əsas vasitələrdəndir. Burada təkcə koronavirusdan deyil, hava-damcı yolu ilə yayılan bütün xəstəliklərdən söhbət gedir. Buna görə də hazırkı şəraitdə maskanın taxılması mütləqdir".

C.İsayev qeyd edib ki, küçədə sərbəst şəkildə, tək gəzən insan maskadan istifadə etməyə bilər:

"Amma insan hər hansı qapalı məkana, 10 nəfərin cəmləşdiyi qrupa yaxınlaşırsa, maskadan istifadə etməlidir. Belə hallarda maskadan istifadə edilmə vacib şərtdir. Buna riyaət etməyənlərə qarşı da cərimənin tətbiqi yaxşı olardı". (Trend)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

XİN-nin “qara qutusu” bülbül kimi ötübmü? - “Qara qutu”nun səs yazısı...

Sabiq deputat: “Özləri villalarında kef məclisi qurursa, xalq onlara niyə inansın?!”

XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...

Oqtay Əsədov Eldar Mahmudova hansı məlumatları ötürüb?..

Ramiz Mehdiyev Prezident olmaq istəyib? - Deputatdan şok iddia

Həkim: “Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – Video

DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası... 

8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

“Nə iynə vurdularsa, ayılmadı” - Etibar Babayevin bacısı

Fərhad Əhmədov Kürdəki ekoloji böhrandan çıxış yollarını göstərdi

loading...

Ən çox oxunanalar