Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş həkim Qarabağ əlilindən 3600 manat rüşvət alıb – Səs yazısı

Mətanət Hüseynzadə onu aldadaraq 3600 manat pulunu alıb

PİA.AZ bildirir ki, bu Ucar rayonu Alpout kənd sakini Qarabağ müharibəsi veteranı Kərimov Qaraoğlan Mirzəhüseyn oğlunun Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynzadə barəsində yazdığı şikayət “Yeni Sabah”a daxil olub.

Şikayətdə qeyd olunur ki, Mətanət Hüseynzadə onu aldadaraq 3600 manat pulunu alıb.

“Bu şikayət ərizəmdə yazıb bildirirəm ki, Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu alıb, dələduzluq edib. Belə ki, mən Qarabağın azadlığı uğrunda gedən müharibədə iştirak edib döyüşlər zamanı yaralanmışam. Buna görə Qarabağ müharibəsi veteranı adı alsamda indiyə qədər Qarabağ müharibəsi əlili ala bilməmişəm.

Səbəbi isə savadsızlığım və imkansızlığım olub. Mən buna görə Ucar rayon Hərbi Komissarlığına müraciət etdikdə komisar Rafiq Qədirov mənə bildirildi ki, sən Tərtər istiqamətində gedən döyüşlərdə yaralandığın üçün oranın xəstəxanasında müalicə olunmusan deyə həmin yerə müraciət etməlisən. Yaxın bir tanışımla Tərtər rayon Mərkəzi Xəstəxanasına gəldikdə dedilər ki, əlilik işinə baş həkimin müavini Mətanət Hüseynzadə baxır. Onunla görüşdük bizə bildirdi ki, ilk olaraq xəstəlik epikrez sənədi üçün 500 manat verməlisən əlilik sənədinə görə isə 3100 manat verməlisən.

Mən həmin pulu baş idarəyə verəcəm ki, sənə əlillik dərəcəsi təyin etsinlər. Mən 500 manatı həmin günü həkimə verdim o mənə xəstəlik sənədi verdi. 3100 manat pulu isə 03 aprel 2019-cu il tarixdə Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadəyə verdim.

Bundan sonra o mənə gələn həftəyə əlilik sənədin düzələcək deyə-deyə məni bu günədək get-gələ saldı. İndi mənə tam məlum oldu ki, Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu alıb dələduzluq edib.

Mən həmin pulu həkim Mətanət Hüseynzadəyə iki nəfər şahidin yanında vermişəm həmçinin həkim mənim vatsapıma çoxlu mesajlar yazıb, telefon danışıqları var ki, bunlar mötəbər subutlardı.

Onu da qeyd edim ki, həkimin 500 manat alıb mənə verdiyi xəstəlik epikrez sənədi saxtadır.

Mən kasıb adamam heç bir yerdə işləmirəm himayəmdə 4 azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm. Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək. Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm.

Həttda mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlğından 3 dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin.

Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq you ilə çoxlu sayda insanları aldadıb pullarını alıb.”

Qarabağ veteran M.Hüseynzadənin cəzalandırılmasını tələb edir:

“Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevdən və Səhiyyə Naziri Oktay Şirəliyevdən xahiş edirəm vəzifə səlahiyyətlərindən sui-istifadə edib 3600 manat pulumu alıb dələduzluq etmiş Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadənin barəsində qanunu tədbirlər görəsiniz. Bu həkimin əməli dələduzluq cinayətidir.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Ən çox oxunanalar