Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banklar real sektora niyə vəsait yatırmır? - Əkrəm Həsənov açıqladı

Bankların real sektora maliyyə yatırımı etməməsi hansı səbəblərdəndir və real sektorun maliyyələşməsini artırmaq üçün hansı addımlar atılmalıdır?..

Bank üzrə mütəxəssis: “Demək olmaz ki, bankların əksər kreditləri istehlak kreditlərini verilir. Sadəcə olaraq istehlak sektoruna həddən artıq çox kredit verilib”.

“Bank ucuz kredit ona görə verə bilmir ki, ucuz pulu yoxdur. Çünki Mərkəzi Bank banklara uçot dərəcəsi ilə kifayət qədər kredit vermir”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov hazırda bankların real sektora kifayət qədər vəsait ayırmamalarının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Hazırda bankların kredit portfelində əsas üstünlüyü istehlak kreditləri təşkil edir. Demək olar ki, banklar real sektora kifayət qədər vəsait ayırmırlar. Bu Prezident tərəfindən də son müşavirədə tənqid olundu. Yəni Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bildirdi ki, “Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyllər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir…”.

Prezident qeyd edib ki, belə davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Təbii ki, söhbətin növbəti dəfə devalvasiyanın baş verməsi və bank sektorunun çökməsi təhlükəsindən getdiyi məlumdur.

Bankların real sektora maliyyə yatırımı etməməsi hansı səbəblərdəndir və real sektorun maliyyələşməsini artırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzunu PİA.az-ın əməkdaşı bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənovla müzakirə edib.

Əkrəm Həsənov: “Bankların kredit portfelində istehlak kreditlərinin nisbəti çox olmalı deyil, amma bizdə çoxdur”.

Azərbaycanda əvvəlki kimi gəlirliliyin olmdığını nəzərə çatdıran bank üzrə mütəxəssis bildirib ki, buna görə də sahibkarlar ucuz kredit istəyirlər. Banklar da həm ucuz kredit verə bilmirlər, həm də bu cür krediti vermək istəmirlər:

“Əvvəla onu qeyd edim ki, demək olmaz ki, bankların əksər kreditləri istehlak kreditlərinə verilir. Sadəcə olaraq istehlak sektoruna həddən artıq çox kredit verilib. Onu da qeyd edim ki, bankların kredit portfelində istehlak kreditlərinin nisbəti çox olmalı deyil, amma bizdə çoxdur. İstehlak kreditlərinin faiz dərəcəsi biznes kreditlərinin faiz dərəcəsindən yuxarı olduğu halda Azərbaycanda bu hal niy yaşanır? Çünki istehlakçı banka kredit üçün gələndə onun üçün fərqi olmur bank krediti hansı faizlə verir. İstehlakçını bir məsələ düşündürür ki, təki pulu götürüb getsin. Amma sahibkar çox pul krediti götürdüyündən on faiz maraqlandırır.

Məlumdur ki, Azərbaycanda əvvəlki kimi gəlirlilik yoxdur. Buna görə də sahibkarlar ucuz kredit istəyirlər. Banklar da həm ucuz kredit verə bilmirlər, həm də bu cür krediti vermək istəmirlər. Yəni bank ucuz kredit ona görə verə bilmir ki, ucuz pulu yoxdur. Çünki Mərkəzi Bank banklara uçot dərəcəsi ilə kifayət qədər kredit vermir. Xatırladım ki, Mərkəzi Bankın uçot dərəcəsi 8 faizdir. Azərbaycanda da praktika belədir ki, Mərkəzi Bank həmin kreditləri bütün banklara vermir, Maliyyə Bazarlarına Nəzarət Palatası da vəsadət qaldırmır.

Bankların biznes kreditlərin çox verə bilməməsində birinci problem odur ki, bankların ucuz vəsaiti el də çox deyil. İkinci problem də odur ki, bankların özləri sahibkarlara ucuz kreditlər vermək istəmir.

Əkrəm Həsənov: “Məhkəmə-hüquq sistemindəki islahatları daha da dərindən aparmaq lazımdır ki, bu qeyri-sağlam vəziyyət aradan qalxsın”.

Həmçinin də istehlakçılardan pulu qaytamaq banklar üçün daha rahatdır, nəyinki sahibkarlardan. Bu da ölkədəki, hüquq, ümumiyyətlə hüquq sistemi ilə bağlıdır. Yəni oradakı mühit qeyri-sağlamdır. Həm də Bank bilir ki, sabah sahibkar krediti qaytara bilməməsi və yaxud da qaytarmaq istəməməsi kimi problemlər var. Yəni bank korrupsiya mexanizmlərindən istifad edərək krediti qaytarmaya bilər və yaxud da prosesi illərlə uzada bilər. İstehlakçı isə bunu edə bilmir.

Sahibkara qeyri-qanuni təzyiq etmək də çətindir. Amma istehlakçını qorxutmaq elə də çətin deyil. Buna görə də bu sahədə qanunsuzluqlar höküm sürür. Bu bxımdan da istehlakçılara kredit vermək banklara sərf edir.

Nə etmək lazımdır? Birincisi el etmək lazımdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank düzgün işləsinlər və bankları ucuz kreditlərlər təmin etsinlər. İkincisi isə məhkəmə-hüquq sistemindəki islahatları daha da dərindən aparmaq lazımdır ki, bu qeyri-sağlam vəziyyət aradan qalxsın”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar