İtaliyanın "Parma" klubunun "Marsel"lə yollarını ayıran Mario Balotelli ilə yaxından maraqlandığını xəbər vermişdik
29 yaşlı hücumçu İtaliyanın daha bir klubunun hədəfindədir. A Seriyasında mübarizə aparan "Fiorentina" futbolçu üçün mübarizəyə qoşulub.
"Fiorentina"nın italiyalı futbolçu ilə razılığa yaxın olduğu, amma Balotellinin 4 milyon avro məvacib tələbində güzəştə gedəcəyini gözlədiyi bildirilir.
Geridə qalan mövsüm qış transfer dövründə "Marsel"ə keçən Balotelli, iştirak etdiyi 25 oyunda 8 qolla yadda qalıb.(Komanda.az)
pia.az