Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balaxanının 105 saylı "cəhənnəm marşrutu"ndan reportaj, Fotolar

Sabunçu rayonu, Balaxanı qəsəbəsinin sakinləri avtobus problemi yaşayırlar. Belə ki, əraziyə işləyən 2 marşrut xətti olsa da, sakinlər iddia edirlər ki, əksər hallarda evlərinə taksi ilə gəlməli olurlar

Məlumat verək ki, Balaxanı ərazisinə 216 və 105 nömrəli avtobuslar işləyirlər. Sakinlər bildiriblər ki, "8-ci kilometr” bazarının yanından qəsəbəyə (Fazenda kimi tanınan əraziyə) 105 saylı marşrut avtobusu işləyir. 216 saylı avtobus isə “Koroğlu” metrostansiyasından Köhnə Balaxanıya (kəndin özünə) işləyir.

Yeni Balaxanının sakini Rafiq Atakişiyev bildirdi ki, 216 saylı avtobusun yolu yaxın olduğu üçün sakinlər əsasən bu marşrut xəttindən istifadə edirlər: "Həmin avtobusa minmək üçün sakinlər hər gün bir neçə kilometr yol qət etməli olurlar. Uşaqlar hər gün məktəbə getmək üçün xeyli yolu piyada gedirlər. Kənd sakinləri bir çox hallarda taksilərdən istifadə edirlər ki, bu da onları əlavə xərcə salır. Ancaq 105 saylı avtobusda vəziyyət daha da acınacaqlıdır. Deməli, birincisi avtobus orta tutumlu olduğu üçün insanlar zülm çəkirlər. Təsəvvür edin ki, qəsəbədən gələn avtobus burulur Balaxanı kəndinin içərisinə, dar yollardan keçir. Sonra yenidən kəndə döndüyü yerə qayıdır. Burada insanlar azı 15 dəqiqə vaxt itirirlər. Ardınca avtobus gedir Bakıxanov qəsəbəsinə. Buranı da fırlanandan sonra yol alır "Neftçilər" metro stansiyasının qarşısına. Metroya qədər olan 6-7 kilometr məsafəni 50 dəqiqəyə gedirik. Dəfələrlə məsələ ilə bağlı şikayətlər etmişik. Ancaq heç bir faydası yoxdur. Hələ yay ayıdır. Məktəblər bağlıdır. Dərslər açılan zaman bu avtobuslara yaxın düşmək olmur. Özü də sürücüləri də avtobusu normal idarə etmirlər. Bir də gördün qəsəbədən gəlib, Balaxanı kəndinə döndükləri "stansiya" deyilən ərazidə saxlayıb, on dəqiqə dispetçerlə dava etdilər. Camaatın vəziyyəti çox çətindir".

Şikayətdən sonra qərara gəldik ki, avtobusa minib biz də qəsəbəyə qədər gedək. Doğrudan da deyilənlərin həqiqət olduğunu müşahidə etdik. Avtobusda sərnişinlərlə həmsöhbət olduğumuz zaman hər kəsin şikayətçi olduğunu öyrəndik.

Sərnişinlər bildirdilər ki, qəsəbəyə daha çox Sabunçu dairəsindən taksi ilə gəlirlər: "Əslində bu avtobus kəndin içərisinə girməsə, bir qədər vəziyyət normal olar. Biz dəfələrlə şikayət etmişik ki, avtobusun həcmi kiçikdir. Camaat əziyyət çəkir. Cavab veriblər ki, iri avtobus kəndin dar küçəsində dönə bilmir. Ay qardaş, bu avtobus nə üçün kəndə gedib, dönüb qayıtmalıdır? Kəndin öz avtobusu var axı. Fazenda kimi tanınan Yeni Balaxanı ərazisində yaşayanlar kəndin sakinlərindən çoxdur. Burada indinin özündə dayanmadan evlər tikilir, küçə salınır, mağazalar açılır. Yaxşı, bəs bu qədər camaat əraziyə nə ilə gəlməlidir? Belə çıxır ki, maşını olmayan evindən çölə çıxmasın?", - deyə avtobusda söhbət etdiyimiz sərnişinlər bildirdilər. Sərnişinlərdən öyrəndik ki, qış aylarında marşrutlar ən geci saat 20:00-a qədər işləyir. Evlərinə bu saatdan gec gələnlər və ya bu saatdan sonra şəhərə çıxmaq istəyənlər taksi axtarmalıdırlar".

Onu da qeyd edək ki, 105 saylı avtobusun problemləri ilə bağlı internetdə axtarış verdikdə xeyli material tapmaq olur. Avtobusla hərəkət etdiyimiz zaman müşahidə etdik ki, nəqliyyat vasitəsi istismara yararsız haldadır. Oturacaqlar dağılmış vəziyyətdə, içəri natəmiz, qapılar isə nasaz idi. Avtobus sürücüləri ilə.

Söhbətimiz zamanı onlar bildirdilər ki, qəsəbəyə çəkilən yollar qüsurludur. Ona görə də maşınları tez sıradan çıxır: "Guya asfalt çəkiblər. Yolu asfaltlayıblar, döngədə qəfil qarşına çınqıllı yol çıxır. Asfalt yerinə bir çox ərazilərə asfalt qırıntısı töküblər. Bu da maşını məhv edir".

Məsələ ilə bağlı aidiyyəti qurum olan Bakı Nəqliyyat Agentliyi ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev musavat.com-a bildirdi ki, vəziyyətdən məlumatlıdırlar: "Təbii ki, əgər insanları narahat edən məsələ varsa, biz bu məsələ ilə dərhal maraqlanırıq. 105 saylı marşrut xəttindəki vəziyyətdən də xəbərimiz var. Bu marşrut xəttinin vəziyyəti bizi də qane etmir. Avtobus parkının yenilənməsi və eyni zamanda marşrut xətlərinin optimallaşdırılması işləri çərçivəsində həmin istiqamətdə də sərnişindaşımada keyfiyyətin artırılması üçün işlər görüləcək.Bu, uzaq gələcəkdə baş verməyəcək. Yaxın aylarda qeyd etdiyim məsələlərin reallaşdırılması nəzərdə tutulub".(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar