Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Balakəndə qəza - avtomobil yeniyetməni vuraraq öldürüb

Balakəndə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mersedes”markalı avtomobil yolu keçmək istəyən 15 yaşlı Sübhan Zahir oğlu Əfəndiyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yeniyetmə Z.Əfəndiyev hadisə yerində keçinib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Balakən qəza

Şərh yazın.


loading...

Ən çox oxunanalar