Balakəndə 65 yaşlı kişi armud ağacdan yıxılıb
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən şəhəri Anar Məmmədov küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Mustafa Məli oğlu Qallaçov bədənin müxtəlif nahiyələrinin sınığı xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssisəsindən APA-ya bildirilib ki, M.Qallaçov yaşadığı ünvanda ağacından yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ona lazımı ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az