Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balababa Rzayevin “böyük” planı: Əhalidə narazılıq yaranmalıdır...

Balababa Rzayev elektrik enerjisinin təchizatı ilə bağlı əhalidə narazılıq yaratmaq və bu narazılığın ölkə rəhbərliyinə qədər gedib çatmasına çalışdığı iddia olunur...

Balababa Rzayev əhalidə narazılıq yaradır və “Azərenerji” şefinin bu narazılığı yaratmaqda əsas məqsədi “Azərişıq”ı ələ keçirməkdir. Bu barədə PİA.az-a daxil olan məlumatda bildirilir.

Son zamanlar “Azərişıq” ASC-də elektrik enerjisinin verilməsində fasilələr meydana çıxır. Qeyd edək ki, fasilələr əvvəllər rayonlarda ara-sıra müşahidə olunurdu və bu da texniki nasazlıqdan qaynaqlanırdı. Lakin son zamanlar elektrik enerjisinin verilməsində fasilələr intensiv xarakter daşıyır və işıqların söndürülməsi artıq Bakının mərkəzi rayonlarnı da əhatə etməkdədir.

Qeyd edək ki, qış qapını kəsməmiş Bakının rayonlarında ara-sıra elektrik enerjisinin fasilələrlə verilməsi müşahidə edilir. Bu hala kənd rayonlarımızda, ucqar kədlərimizdə daha çox rast gəlinir və rayonlardan gələn şikayətlər də artmaqdadır. Elektrik enerjisinin intensiv olaraq fasilələrlə verilməsi isə kənd rayonlarında ciddi narazılıq mənbəyidir. Nəzərə alsaq ki, rayonların böyük əksrəiyyətində elektrik sayğacları kartla işləyir, elektrik enerjisinin kütləvi şəkildə kəsilmə səbəbi kimi borc göstərilə bilməz. PİA.az-a daxil olan məlumata görə isə elektrik enerjisinin verilməsində fasilələr texniki nasazlıqdan deyil, sırf “Azərenerji” ASC-nin prezidentinin yürütdüyü “siyasətdən” qaynaqlanır.

Xatırladaq ki, təqribən bir il əvvəl prezidentin fərmanı ilə “Azərişıq” ASC-nin prezidenti Balababa Rzayev “Azərenerji” ASC-nin prezidenti təyin olunub. O, bu vəzifədə Etibar Pirverdiyevi əvəz edib. Elektrik enerjisinin verilməsində fasilələrlə bağlı PİA.az-ı məlumatlandıran mənbənin iddasına görə Balababa Rzayev “bir əlində iki qarpız tutmağa çalışır”. Söhbət “Azərenerji” ASC-nin prezidentinin “Azərişıq”ı da öz nəzarətində saxlamaqdan, daha doğrusu bu iki qurumun birləşdirilməsindən gedir. Qeyd edək ki, bu barədə məlumatlar daha əvvəldə ölkə mətbuatında işıqlandırılıb. Həmin məlumatlarda bildirilirdi ki, “Azərişıq”ı əlindən vermək istəməyən Balababa Rzayev bu quruma gələrək müəyyən tapşırıqlar verir və faktiki olaraq qurumu idarə etməyə çalışır. Hazırda isə Balababa müəllim iki qurumu birləşdirmək üçün əməlli başlı “qollarını çırmalayıb”.

Qeyd edək ki, Balababa Rzayevin “Azərişıq” ASC-dən “Azərenerji” keçməsindən bir iki ay keçməsinə baxmayaraq onun yerinə hələ də təyinat olmayıb. “Azərişıq”ın indiki rəhbəri müavin statusu ilə sədr səlahiyyətlərini həyata keçirir və bu da qurumda ikitirəliyin yaranmasına səbəb olur. “Azərişıq”da çalışanlar sadəcə kimin sözü ilə oturub duracaqlarını bilmirlər. İşçilər, xüsusən də texniki işçilər sədrinin vəzifəsini icra edən Vüqar Əhmədovla Balababa Rzayevin arasında qalıblar və hansının təlimatlarını icra edəcəklərini də bilmirlər.

Mənbəmizin iddiasına görə, “Azərişıq”a sədr təyinatının gecikməsinin əsas səbəbkarı Balababa Rzayevdir. O, hakimiyyətdəki nüfuzundan və əlaqələrindən istifadə edərək iddiaları gerçəkləşənə qədər “Azərişıq”a rəhbər təyinatını yubatmaq istəyir və istəyinə də nail olur. Əsas iddiasının isə reallaşmasına az qaldığı deyilir. Qaynağın bilgisinə görə, Balababa müəllimin xahişi ilə hazırlanan dəyişkilik yaxın zamanlarda müvafiq qanunvericiliyə edilməlidir. Bu dəyişiklikdən sonra isə Balababa Rzayev növbəti ilə böyük bir enerji imperiyasının başçısı kimi qədəm qoymaq fikrindədir. Yəni dəyişikliklər ilin sonuna qədər reallaşa bilər.

Mənbəmiz iddia edir ki, məhz bu dəyişiklikləri tezləşdirmək üçün Balababa Rzayev elektrik enerjisinin təchizatı ilə bağlı əhalidə narazılıq yaratmaq və bu narazılığın ölkə rəhbərliyinə qədər gedib çatmasına çalışır. Buna görə də “Azərenerji” paylayıcı olaraq çıxış edən “Azərişıq” ASC-yə az enerji ötürür və bəzi xətlərdə enerjini kəsir. Bu da təbii olaraq əhalinin elektrik təchizatında problemlərin yaranmasına səbəb olur. Çünki “Azərişıq” yetərincə elektrik enerjisi ilə təmin olunmur. Əhali isə elektrik enerjisində olan kəsintilərə görə “Azərenerji”ni deyil, “Azərişıq”ı günahlandırır.

Yazıda adı keçən qurumların və vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Ən çox oxunanalar