Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının Nərimanov rayonunda həyət evində yanğın söndürülüb - Yenilənib,Foto

Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə baş vermiş yanğın söndürülüb...

Bu gün saat 14.17 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.

PİA.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 14:27 dəqiqədə hadisə yerinə çatıb.

Yanğın nəticəsində bir dam altında tikilən 1954-cü il təvəllüdlü Makarova Taisa Filipovnaya və 1980-ci il təvəllüdlü Markina Anna Levovnaya məxsus hər birinin sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evlərin dam örtüklərinin yanar konstruksiyaları (ümumi 120 m², evlərin damörtüyü taxta atma və dəmir örtükdən ibarətdir) və bitişik, 1961-ci il təvəllüdlü Zamanov Sabir Saleh oğluna məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli mansard tipli evin dam örtüyü 6 m² sahədə yanıb. Hər üç evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın saat 15:21 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

PİA.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.

PİA.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Nərimanov rayonunda həyət evlərində yanğın başlayıb.

APA-nın məlumatına görə, bu gün saat 14.20 radələrində Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində həyət evlərinin birində başlayan yanğın qısa müddətdə qonşuluqdakı iki evə də keçib.

Saat 14.30 radələrində hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

pia.az

Fotolar




Etiket: yanğın

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar