Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının metro stansiyalarının qarşısında narkotik bazarı?

Daha bir narkotacir müttəhim kürsüsündə dayanıb...

Bakıda narkotik maddələrin alverini həyata keçirərəkən edilmiş daha bir narkotacir müttəhim kürsüsündə dayanıb. Əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmiş Taleh adlı bu narkotacir metronun “Gənclik” stansiyasının qarşısında, qoltuğunda elektron tərəzisi heroin alveri edərkən Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyatçıları onu yaxalayıblar. Məlum olub ki, həmin adam daha əvvəl metronun “Nizami” və “Sahil” stansiyalarının qarşısında da narkotik satıb.

Virtualaz.org bu şəxsin cinayət işinin materiallarına istinadən bildirir ki, bölmənin əməliyyatçılarına metronun “Gənclik” stansiyasının ətrafında Taleh adlı bir nəfərin heroin alveri ilə məşğul barədə məlumat daxil olur. Həmin şəxsin xarici görkəmi, axşam saatlarında metronun çıxışında dayanacağı haqda da bildirilir. Dörd nəfərdən ibarət əməliyyat qrupu sözügedən əraziyə yollanır. Polis əməkdaşları Taleh Dadaşovu saxlayırlar və onun üzərindən ayrı-ayrı bükümlərə qablaşdırılmış heroin, “Tramadol” və elektron tərəzi aşkarlanır.

İlkin dindirmədə Taleh polis əməkdaşlarına hər şeyin – heroinin, psixotrop maddənin, hətta elektron tərəzinin belə Renat adlı şəxsə məxsus olduğunu deyir. Amma istintaq araşdırmaları zamanı Renatı nə tanıyan olur, nə də gördüm deyən...

30 yaşlı Kürdəmir sakini Taleh Dadaşovun cinayət işi üzrə məhkəmə istintaqı bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşıb.

İstintaq materiallarına görə, Taleh Dadaşov narkotik vasitələrin satışını həyata keçirmək üçün istintaqa məlum olmayan “Renat” adlı şəxslə cinayət əlaqəsinə girib. Ötən il noyabrın 1-də “Renat”dan aldığı 10 qram heroini və psixotrop maddəni müştərilərə satdıqdan sonra 70 manatə özünə götürəcəyini, yerdə qalan məbləği isə mal sahibinə verəcəyini vəd edib. Elə həmin gün axşam saatlarında Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən Taleh Dadaşov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, üç azyaşlı uşağı olduğunu, heç yerdə işləmədiyini, əvvəllər məhkum edilmədiyini deyib. Talehin ifadəsinə görə, Renatı dostlarından birinin vasitəsilə tanıyıb, ara-sıra görüşüb əlaqə saxlayıblar.

Növbəti dəfə Renatla iş görüb pul qazanmaqla bağlı aralarında söhbət olub. Söhbət əsnasında Renat heroin satarsa yaxşı pul qazanacağını söyləyib. Ümumi razılığa gəliblər. Başlanğıc olaraq Renat ona 4 qram heroin verib. Heroini ona zəng vuran şəxsə 200 manata satmağı tapşırıb. Pulun 40 manatı Talehin, 160 manatı isə Renatın payına düşməliydi.

“Bir nəfər zəng vurdu, nömrəni Renat verdiyini dedi. Həmin adamla “Nizami” metrostansiyasının yaxınlığında görüşdüm, heroini verib 200 manat aldım”,-o deyib.

Talehin ilk işi “uğurlu” alınıb deyə Renat növbəti dəfə ona 6 qramlıq heroin bükümü verib və 320 manata satmağı tapşırıb. Taleh narkotiki qısa müddətə “Sahil” metrostansiyası ərazisində “əridə” bilib”: ”Pulun 35 manatı mənə çatacaqdı. Yerdə qalanını isə Renata verəcəkdim. Zəng vurdum, pulu gətirmək istədiyimi dedim. Renat dedi qalsın, sonra götürərəm”.

Sonuncu dəfə Renatla görüşən Taleh ondan 10 büküm heroinlə yanaşı, həm də “Tramadol” həbləri də götürüb. Renat malları “Vüqar” adlı şəxsə verməyi tapşırıb. Malları xırıd eləmək üçün Taleh bu səfər “Gənclik” metrostansiyasına doğru istiqamət alıb: “Malın satışınından mənə 70 manat pul qalacaqdı. Vüqar zəng vurub heroin almaq üçün görüşmək istədiyini dedi. Metrodan çıxarkən dörd nəfər mülki geyimli şəxslər mənə yaxınlaşdılar, polis olduqlarını dedilər. Renatın satmaq üçün verdiyi heroin bükümlərini könüllü polislərə təqdim etdim”.

Taleh əvvəllər narkotik qəbul etmədiyini, ötən ildən bəri heroin istifadə etməyə başladığını deyib: “Üç-dörd dəfə Renatla birgə qəbul etmişəm. Heroin satdığım adamları tanımıram, əvvəllər görməmişəm. Renat mənə siqaret kağızlarını heroin və tərəzi ilə birgə verirdi. “Tramadol”u belim ağrıdığına görə vermişdi. Onun narkotik vasitələri kimdən və haradan aldığını bilmirəm”.

Şahid qismində dindirilən Sarvan Rüstəmov ifadəsində Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Taleh adlı bir nəfərin “Gənclik” metrostansiyası ətrafında heroin alveri ilə məşğul olması barədə məlumat daxil olduğunu deyib. Talehin 1 noyabr 2018-ci ildə saat 19:45 radələrində metronun çıxışında dayanacaqda olacağı bildirilib.

“Özümüzü təqdim etdik, anket məlumatlarını soruşduq, polis idarəsinə dəvət etdik. Hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirildi. Əynindəki gödəkçənin cibindən 10 ədəd heroin bükümləri və “Tramadol” kapsulaları, həmçinin 322 manat pul, elektron tərəzi aşkarlandı”,-əməliyyatçı deyib.

Məhkəmənin hökmü ilə Taleh Dadaşov 5 il müddətinə azadlıqdan məhrum edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar