Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının mərkəzindəki meymun insanlar üçün təhlükəlidirmi? - Video

Mütəxəssis meymun sahibinin dediklərini təkzib edir

Paytaxtın Fəvvarələr Meydanı ərazisindən yolu düşənlər meymunla şəkil çəkdirməyi təklif edən şəxsi ən az bir dəfə görməmiş olmaz. İstənilən şəxs 5 manat ödəməklə bu heyvanla foto çəkdirə bilər.

Bununla yanaşı, mətbuatda meymunun insanları dişləməsi və xəstəxanalıq etməsi barədə xəbərlər də yayılıb. Hər gün yüzlərlə insanla təmasda olan meymunun sertifikatının olub-olmaması, vaksin edilib-edilməməsi ilə bağlı suallar meydana gəlir.

“Report”un əməkdaşları meymunun sahibi və ekspertlə söhbətləşərək bu suallara aydınlıq gətirməyə çalışıb.

Meymun sahibi ilə müsahibə zamanı o, heyvanın sertifikatının olduğunu və ayda bir dəfə vaksin etdirdiyini bildirib: “Bu meymun dişləmir, dırnaqları da yoxdur. Ümumilikdə, ayda bir dəfə vaksin etdirirəm. Vaksinin qiyməti 50 manatdır. Bu vaxta kimi heç kimi dişləməyib, xəsarət yetirməyib”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov isə "Report"a açıqlamasında meymun sahibinin dediklərini təkzib edib: "Vaksin ildə bir dəfə vurulmalıdır".

O bildirib ki, heç bir heyvan adi halda heç kimi dişləməz:

“Lakin belə hal baş verərsə, vəhşi heyvan insanı dişləyərsə, burada əsas risk quduzluqdur. Bu baxımdan istər it, istər meymun dişləməsi olarsa, mütləq səhiyyə müəsissəsinə getməli və vaksin vurulmalıdır. Həmçinin dişləyən heyvanı qapalı yerdə nəzarətdə saxlamaq lazımdır. Əgər heyvan quduzdursa, 14-15 günə ölməlidir. Ölməsə, demək, quduzluğu yoxdur”.

pia.az

 


Etiket: meymun Bakı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar