Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakını “turizm cənnəti”nə çevirmişdi, qalmışdı Saatlı – Nahid Bağırovu deputatlığa həvəsləndirən nədir?

Məşğul olduğu sahədə ciddi işləri ilə seçilməyən Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Milli Məclisin deputatı olmaq iddiasına düşüb...

 

Azərbaycanda qeyri-neft sektorunun inkişafı üzrə dövlət strategiyasında turizm sektoru xüsusi yer tutur. Ölkənin füsunkar təbiəti, ümumdünya mədəni irsinə daxil çox sayda tarixi abidə və məkanlar, o cümlədən, digər bənzərsiz cəhətləri Azərbaycanı regionun turizm mərkəzinə çevirməli idi.

Eyni zamanda, ölkənin iqtisadi imkanları xaricdən ilboyu turist axınını təmin edəcək dayanıqlı infrastrukturun yaradılması üçün tələb olunandan da yüksək səviyyədədir. Ancaq təəssüf ki, bu potensialdan doğru istifadə olunmaması Azərbaycanın nəinki turistik ölkəyə çevrilməsinə imkan vermir, hətta qonşu və iqtisadi imkanları qat-qat aşağı olan Gürcüstanla rəqabətdə xeyli geri salır.

Doğrudur, dövlət ölkədə turizmin inkişafı üçün mümkün addımları atır. Azərbaycanda həyata keçirilən köklü dəyişikliklər dalğasında Dövlət Turizm Agentliyinin yaradılması hakimiyyətin bu sahəyə diqqətinin bariz göstəricisi sayılır. Lakin bazar iqtisadiyyatı şəraitində turizmin inkişafına görə məsuliyyəti dövlətin üzərinə atmaq doğru olmazdı.

Qeyd edildiyi kimi, dövlət turizmin inkişafını stimullaşdırmaq istiqamətində lazım olan addımları atır. Problem özəl sektorun yaradılan bu imkanlardan düzgün istifadə edərək, özlərinin qazanması və dövlət büdcəsinə iri həcmdə vəsaitin daxil olmasına imkan verən effektli fəaliyyəti qura bilməməsindədir.

Azərbaycanda dövlətin müvafiq strukturundan başqa, turizm sahəsi ilə məşğul olan müxtəlif qurumlar da fəaliyyət göstərir. Onların əsas prioriteti ölkənin turizm potensialının artırılmasına töhfə vermək, bu sahənin inkişafına təkan verməkdir. Lakin real vəziyyətə nəzər saldıqda həmin dövlətdənkənar qurumların mövcudluğunun sadəcə, statistik əhəmiyyət daşıdığı görülür.

Bu fəaliyyətsiz qurumlar sırasında Azərbaycan Turizm Assosiasiyası adlı birlik xüsusi fərqlənir. Təqribən 10 il əvvəl yaradılan bu Assosiasiyanın ölkə turizminin inkişafına hansı dəstəyi verdiyini söyləmək çətindir. Hər halda, ortada nəticəli bir fəaliyyət olsaydı, bu barədə konkret nümunələr gətirməyə çətinlik çəkməzdik.

Adıçəkilən Assosiasiyanın rəhbəri Nahid Bağırovun da turizmin inkişafına yönəlik “fəaliyyət”i rəhbərlik etdiyi qurumun işlərinə adekvatdır. Təşkilatına təmtəraqlı ad seçməklə, özünü bu sektorun “dominant”ı olaraq görən Bağırovun fəaliyyətinə nə ölkə ictimaiyyəti şahiddir, nə də internet resursları. Adamın indiyə qədər gündəmə gəldiyi tək bir təklif olub, o da birmənalı qarşılanmayan “turizm polisi”nin yaradılması ilə bağlı… Vəssalam.

Amma belə anlaşılır ki, fəaliyyətsizliyi özünə titanik əmək sərfi kimi görünən Bağırov turizm sektoru üçün bu faydasızlığını millət vəkilliyinə iddia etməkdən ötrü tam yetərli sayıb. Belə olmasaydı, “ümumi axın”a düşərək, 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürməzdi. Tamam, ölkə Konstitusiyası müəyyən tələbləri nəzərə almasaq, bütün vətəndaşların seçmək və seçilmək hüququnu tanıyır. Lakin insan da özünə hesabat verməlidir ki, mən bu iddiaya düşmək üçün nə iş görmüşəm? Seçicilər bu sualı Bağırova mütləq ünvanlayacaqlar.

Maraqlı olan nədir? Nahid Bağırov təşviqat kampaniyasının başladığı 17 yanvarda mətbuata verdiyi müsahibədə deputatlıq iddiasını Prrezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlarla əlaqələndirməyə cəhd göstərib. Dediklərindən belə təəssürat yaranır ki, ölkə miqyaslı dəyişikliklərin tək səbəbi Nahid Bağırovun özünü Milli Məclisin deputatı görmək niyyətindən qaynaqlanır…

Onun digər spekulyasiyası isə ölkənin Aran bölgəsində yerləşən Saatlını turizm mərkəzinə çevirmək iddiasıdır. Hər hansı bir namizəd diqqəti cəlb etmək üçün populist vədlər verə bilər. Dünya təcrübəsində də buna normal yanaşılır. Təbii, Saatlıda və bütün bölgələrimizdə turizmi inkişaf etdirə bilərik. Amma bu, Nahid Bağırovun görəcəyi iş deyil axı… Adam bu 10 ildə öz “faydalılığını” artıqlaması ilə isbatlayıb.

Başqa sözlə desək, Nahid Bağırov Bakını “turizm cənnəti”nə çevirmişdi, qalmışdı Saatlı

Bu qədər də qeyri-ciddilik olar? (Secki.net)

pia.az


Etiket: Nahid Bağırov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar