Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb - Yenilənib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanvarın 24-dən Bakıdan Şuşaya və Bərdəyə həyata keçirilməsi planlaşdırılan avtobus səfərləri üzrə biletlərin qiymətlərini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə nazir müavini Rəhman Hümmətov məlumat verib.

Onun sözlərinə görə, səfərlər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Hava Limanı-ŞuşaBərdə-Ağdam istiqamətində səfərlər təşkil olunacaq: "Artıq sınaq səfərləri olub və müvafiq ölçmələr olub. Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar".

***

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sərnişin marşrut avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək.

"APA-Economics"in əldə etdiyi məlumata əsasən, ANAMA tərəfindən sürücülərə təlimlər keçirilib. Sərnişinlər üçün avtobuslarda video təlimat nümayiş olunacaq.

Avtobuslar konkret marşrut üzrə hərəkət edəcəklər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə biləcəklər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı da yaradılıb. Bu işlər Elektron Hökumətin İnkişaf Mərkəzinə həvalə edilib.

Qeyd edək ki, məlumat bazasında hər bir sərnişinin bu ərazilərə daxil olmaları üçün xüsusi icazəsi, həmçinin COVID-19 əleyhinə peyvənd olunmaları barədə də məlumatlar avtomatik şəkildə əks olunacaq.

Xatırladaq ki, azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İlkin mərhələdə ŞuşaAğdama avtobusların getməsinə şərait yaradılacaq. Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-BakıBərdə-Ağdam-Bərdədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar