Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı rüşvətxor həkim şəbəkəsinə qarşı xüsusi əməliyyat hazırlanır

Azərbaycan hökuməti bütün lazımi tədbirləri həyata keçirərək dünyadakı dağıdıcı epidemiya prosesinə-XXI əsrin dəhşətli vəbasına qarşı mübarizə aparır. Qısa müddət ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə 10 modul xəstəxana tikilib, yoluxmuş şəxslər üçün 40 mindən çox çarpayı yeri, virusun aşkar edilməsi üçün 42 laboratoriya yaradılıb.

Azərbaycanda hər gün 20 min test aparılır və pandemiyanın ilk günündən 2 milyon 400 mindən artıq insan yoxlamadan keçirilib. Azərbaycan epidemiyanın qarşısının alınması üçün müxtəlif vaksinlər idxal edir, hansı ki, dünya ölkələrinin böyük bir hissəsi bunu ala bilmir. Yəni hökumət aqressivcəsinə irəliləyən şərlə mübarizədə ağırlığın və məsuliyyətin bütün yükünü öz üzərinə götürüb.

Və fəal mübarizə və müasir bəşəriyyətin əsas çağırışına müqavimət şəraitində, ölkənin bütün ictimaiyyəti, bütün təsisatlar birləşməli və ölkəni gözlənilən təhlükədən xilas etməlidirlər.

Lakin hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrindən virtualaz.org-un redaksiyasına daxil olan məlumata görə, sağlam düşüncənin və fikrin əksinə olaraq xəstəxanalarda bəzi həkimlər və inzibati işçilər öz fəaliyyətlərində sui-istifadə hallarına yol verirlər. Təsdiq edilmiş məlumata görə, bəzi xəstəxanalarda səhiyyə işçiləri xəstələrə hökumət tərəfindən alınan dərman preparatlarını satır, həmçinin xəstəxanalarda və xüsusi müəssisələrdə müalicə olunan yoluxmuş vətəndaşların müalicəsində rüşvət almağa yol verirlər. Bəzi faktlar göstərir ki, inzibati əməkdaşlar təcili tibbi yardıma ehtiyacı olanları rüşvət müqabilində xəstəxanalarda yerləşdirirlər. Korrupsiya və rüşvətxorluq bu sahədə elə miqyas alıb ki, son iki ildə korrupsiyaya və dövlət aparatında mənfi hallara qarşı mübarizəni gücləndirən hüquq-mühafizə və xüsusi xidmət orqanları vətəndaşlardan gələn narahatedici məlumatları və şikayətləri ciddi nəzərə almağa başlayıblar.

Virtualaz.org-un məlumatına görə,  vəziyyət hüquq-mühafizə orqanlarının ciddi nəzarəti altındadır. Ümid edirik ki, bu sahədə də xoşagəlməz hallara son qoyulacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar