Bazar ertəsi, 09 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bakıdakı Heydər məscidinin az bilinən xüsusiyyəti – Türk mediası yazır...

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin atasının xatirəsi üçün inşa etdirdiyi Heydər məscidində bir həftə sünni, bir həftə də şiə imamı cümə xütbəsi oxuyub, namaz qıldırır...

Adem Demir
“The Independent” qəzeti

“Diyanet” İşləri üzrə sədr professor Dr. Ali Erbaş Azərbaycanın paytaxtı Bakıda cümə namazı qıldırıb və xütbə oxuyub. “Dünya dini liderlərinin 2-ci Bakı zirvəsi”ndə iştirak etmək üçün Azərbaycana gələn Erbaş cümə xütbəsini Bakıdakı Heydər məscidində verib.

Erbaş “Birlik, bərabərlik və qardaşlıq” mövzulu xütbəsində bildirib ki, Həzrəti Məhəmmədin təqdim etdiyi ən önəmli dəyərlərdən biri olan iman qardaşlığı dilləri, rəngləri, irqləri və coğrafiyaları fərqli olsa belə, inancları, sevincləri, kədərləri, idealları və ümidləri bir olan insanları bir-birinə bağlayır.

Azərbaycanlılarla birlikdə Bakının möhtəşəm ibadət evində namaz qılan Erbaş vətəndaşların diqqətini cəlb edərkən, bir tərəfdən bütün diqqətlər bu məscidə yönəlib.

Çünki bu məscidin çox az bilinən bir xüsusiyyəti var. Heydər məscidi açıldığı vaxtdan bu yana dövlətin qəbul etdiyi qərara əsasən, bu məkan həm sünnilərin, həm də şiələrin birlikdə ibadət etdiyi bir yerdir. Bir həftə şiə imamı, növbəti həftə də sünni imamı xütbə verir. Şiə imamı icra etdikdə sünnilər, sünni imamı namaz qıldıranda şiələr imamlara uyğun olaraq ibadətlərini yerinə yetirirlər. 27 ildir Azərbaycanda yaşayan və ölkənin həm etnik, həm də dini inanc cərəyanlarını yaxından izləyən Türkiyə-Azərbaycan İş Adamları Dərnəyinin sədri Hüseyn Böyükfırat Heydər məscidinin az bilinən bu xüsusiyyətini “The Independent Türkçə”yə danışıb.

Böyükfırat qeyd edir ki, son dönəmlərdə bütün fərqliliklər ayrı-seçkilik ünsürü kimi edilir. Heydər Məscidinin İlham Əliyev tərəfindən atasının xatirəsi üçün inşa edildiyini deyən Böyükfırat bildirib ki, bu qərar dövlətin yüksək səviyyəli idarəsi tərəfindən alınıb və tətbiq edilib.

“Gözəl bir qərardır və yayılmalıdır”

Eyni məsciddə həm sünnilərin, həm də şiələrin ibadət edə bildiyini qeyd edən Böyükfırat “gözəl” olaraq adlandırdığı bu tətbiqin yayılmalı olduğunu bildirib. Azərbaycanda heç bir zaman sünni və şiələr arasında mənfi hadisələrin olmadığını deyən Böyükfırat qeyd edir:

“Bu, dövlət tərəfindən qəbul edilmiş və həyata keçirilmiş bir tətbiqdir. Sünnilər və şiələr birlikdə namaz qılır. Bir həftə sünni imamı, ikinci həftə şiə imamı xütbə oxuyub, namaz qılır. Azərbaycan xalqı bu vəziyyəti bilir. Ona görə də, həm şiələr, həm də sünnilər məscidə getdikdə çəkinmədən imamların arxasında namaz qılırlar”.

“Göy məsciddə də bənzər bir tətbiq var”

Böyükfırat bənzər xüsusiyyətə sahib olan başqa bir məscidin də olduğunu deyib: “Azərbaycanda Əjdər məscidi və ya digər adıyla Göy məscid var. Buranı inşa etdirən adam şiələrlə sünnilərin birlikdə namaz qılıb, mehriban olmasını istəyib”.

“Hər kəs bir-birinə salam verib, birlikdə namaz qılır”, deyən Böyükfırat fikrini bu sözlərlə tamamlayıb:

“Buradakı tətbiqə, məncə, çox dərindən yanaşmaq lazımdır. Çünki bu, müsəlmanlar arasındakı fərqləri zənginlik olaraq görən bir düşüncənin nəticəsidir. Bildiyim qədərilə, dünyada Azərbaycandan başqa heç bir yerdə belə bir tətbiq yoxdur. Onun üçün bu fikrin dəstəklənməsi olduğunu düşünürəm. Həm sünnilər, həm də şiələr birlikdə namaz qıldıqda birlik və bərabərlik mesajı verilmiş olur. Həmçinin, Azərbaycanda fərqli inanclara sahib insanlar arasında heç bir mənfi hadisə baş verməyib”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar