Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı Avroliqanın finalına biletlər satışa çıxarılır - Qiymətlər

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalının biletləri martın 7-dən etibarən satışa çıxarılacaq

Martın 7-si, saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00-da) Uefa.com saytında biletlərin satışına start veriləcək.

Onlayn bilet satışı martın 21-i bizim vaxtla saat 17:00-dək davam edəcək. 64 minlik Bakı Olimpiya Stadionunun yalnız 37500 yerinə bilet neytral azarkeşlərə satılacaq.

İki finalçı komandanın azarkeşlərinə satılması üçün biletlərin sayı daha sonra təsdiqlənəcək. Bu təsdiqdən sonra qalan biletlər yerli təşkilat komitəsinə, milli assosiasiyalara, kommersial tərəfdaşlara, TV yayımçılara, həmçinin UEFA-nın Korporativ Qonaqpərvərlik Proqramına xidmət edənlərə təqdim ediləcək.

Əgər müraciətçilərin sayı 37500-dən çox olarsa, o zaman biletlərin verilməsi lotereya sistemi vasitəsilə müəyyənləşdiriləcək.

Biletlərin qiymətləri də bəllidir. Dördüncü kateqoriya biletlər üçün məbləğ 30 avro, üçüncü kateqoriya üçün 50 avro, ikinci kateqoriya üçün 90 avro və birinci kateqoriya üçün 140 avro olacaq.

Fiziki məhdudiyyətli tamaşaçılar üçün qiymət 30 avroyadır. Onları stadiona gətirən adam (məsələn, əlil arabasını daşıyan) üçün isə bilet pulsuz nəzərdə tutulub.

Gənclər üçün paket təqdim olunacaq və bunun qiyməti 60 avro olacaq. Bu paketə ikinci kateqoriyalı iki bilet – bir böyük (məsələn, valideyn) və bir 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet daxildir. 400 ədəd gənclər paketi (800 bilet) ümumi ictimaiyyət üçün satışda olacaq.

Hər bir adam maksimum dörd bilet sifariş edə bilər. Biletlər şəxsiləşdiriləcək və hər bir müraciətçinin şəxsi göstəiciləri bilet portalında əks olunacaq.

Müraciətçilər aprelin 5-dən etibarən e-mail vasitəsilə müraciətlərinin nəticəsi barədə məlumatlandırılacaq.

Azərbaycandan kənardan edilən müraciətçilərin biletləri UEFA-nın rəsmi mobil bilet proqramı (tətbiq) vasitəsilə çatdırılacaq. Azərbaycanlı fanatların isə kağız bilet və ya mobil bilet seçmək imkanı olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar