Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yollarda sarı zolaq qadağası yenidən qüvvəyə minir

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib

İdarədən verilən məlumata görə, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejmində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq.

Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır.

Ötən dövrlərdə keçirilmiş idman tədbirlərində avtomobillərin hərəkətində sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar.

Xatırladaq ki, sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər.

Belə ki, paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.

Sürücü və avtomobil sahiblərindən tədbirin əhəmiyyətini nəzərə alaraq, yollarda süni tıxac və sıxlığın yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Ən çox oxunanalar