Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yeznə-qayın davası qanla bitdi

Bakı sakini ədəbsiz davranışda günahlandırılaraq qarnından bıçaqlanıb...

Bıçaqlanma hadisəsi paytaxtın Qaradağ rayonunda baş verib.

PİA.az xəbər verir ki, bu barədə Oxu.az-a Qaradağ Rayon Polis Şöbəsindən məlumat verilib.

Oktyabrın 2-nə keçən gecə Qobustan qəsəbəsi ərazisində baş verən cinayət hadisəsinin qurbanı 18 yaşlı Sənan Nəcəfov olub.

Araşdırma zamanı cinayətdə 23 yaşlı gəncin iştirakı müəyyən edilib (adı hələlik məlum deyil). Şübhəli şəxs tutulub və hazırda Qaradağ Rayon Polis İdarəsində ifadə verir.

Bildirilib ki, S.Nəcəfov saxlanılan şəxsin bacısı ilə nişanlı olub. Ancaq hadisəni törədən şəxs gələcək qohumunun gözəl qızların fotolarını sosial şəbəkədə paylaşaraq ədəbsiz davrandığını hesab edib.

Gəlinin qardaşı S.Nəcəfovu “kişi söhbəti”nə çağırıb və evlənməyə hazırlaşan kişinin bu qədər düşüncəsiz davranmasının yolverilməz olduğunu bildirib.

S.Nəcəfov qarşı tərəfi bunların yalnız gözəl qızların fotoşəkilləri olduğuna inandıra bilməyib. Gənclər arasında münaqişə yaranıb.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

pia.az


Etiket: bıçaqlanma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar