Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yeniyetmələrdən ibarət dəstə üzvləri tutuldu - Foto

Binəqədi rayonunda soyğunçuluqla məşğul olan yetkinlik yaşına çatmayanlardan ibarət dəstə üzvlər saxlanılıblar...

PİA.az xəbər verir ki, Binəqədi rayonu ərazisində yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq edilib. Belə ki, zərərçəkənin valideyni metronun “Azadlıq” stansiyasının yaxınlığında övladının 780 manatlıq “Samsung” markalı mobil tefonunun 3 nəfər tərəfindən soyğunçuluq yolu ilə əlindən alındığını bildirib.

Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının “isti” izlərlə keçirdikləri tədbir nəticəsində soyğunçuluq edən əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Kamran Mirzəzadə və onun birlikdə qeyd edilən cinayətdə iştirak edən daha iki nəfər yetkinlik yaşına çatmayan şəxs tutulublar.

Saxlanılan şəxslərin hər biri törətdikləri cinayəti etiraf ediblər. Dəstə üzvləri əldə etdikləri mobil telefonu hadisədən sonra satdıqlarını bildiriblər.

Faktla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Dəstə üzvlərinin, xüsusən Kamran Mirzəzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə mməlumat verə bilərlər. (Teleqraf.com)

pia.az


Etiket: soyğunçuluq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar