Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yağıntılara görə yaranmış vəziyyətlə bağlı açıqlama

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin müxtəlif yerlərində su yığıntılarının müşahidə olunması məsələsinə münasibət bildirib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, noyabrın 16-da, səhər saatlarından Abşeron yarımadasına yağan yağıntılar ASC-nin mövcud kanalizasiya infrastrukturu, toplayıcı, daşıyıcı su xətləri fasiləsiz olaraq, pik rejimdə işləyib:

“Eyni zamanda, qurumun müvafiq strukturları da gücləndirilmiş iş rejiminə keçib. İntensiv yağıntılar daha çox Nizami rayonunun – Babək prospektinin bəzi ərazilərində, Xətai rayonunun – Nobel prospektinin bəzi hissələrində, Sabunçu rayonunun Bakıxanov, Qaraçuxur qəsəbəsində və Suraxanı rayonlarında, eləcə də, Xırdalan şəhərində bəzi yollarda su yığıntıları müşahidə olunub.

Yağıntının intensivliyi nəticəsində relyefi hündür olan ərazilərdə toplanan suların çökək ərazilərə axıb toplanması baş verib və mövcud sistemlərin gücü böyük həcmdə suyu eyni anda daşımağa imkan verməyib”.

“Balansımızda olan yağış barmaqlıqları, kollektorlar tam işlək vəziyyətdə olub və səth sularının əksəriyyəti daşıyıb. Yağışın intensivliyi azaldıqdan sonra yollarda olan sular tam çəkilib”, - deyə o qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar