Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda uşaqların bağçalara qəbulu elektron həyata keçiriləcək

Bakının məktəbəqədər tərbiyə müəəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tağşırıqların icrası ilə əlaqədar uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatıb...

Bakı Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, valideynlər evdən çıxmayaraq, innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçalarından birinə qeydiyyata ala bilərlər.

Burada pilot layihə kimi Nizami rayonu seçilmişdir. On gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı uşaq bağçalarında treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcəkdir. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcəkdir.

Hazırki layihənin ikinci mərhələsində istifadəçinin “Elektron kabinetinin” yaradılması nəzərdə tutulub. Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prossesi barədə foto-video hesabatları da əldə edə biləcəklər. Şəxsi “Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr də sadələşəcəkdir. Arzu edənlər elektron formatda təkliflərini verə və müraciətin baxlıması prossesinə nəzarət edə bilərlər.

Əlavə olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bağçalarda təlim-tərbiyə prossesini əhatə edən yeni innovasion layihələr və yeniliklərin hazırlandığı da bildirilmişdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar