Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda taksi sürücüsü baş redaktoru baltalamaq istədi – Anbaan video

Bakıda "9933" taksi şirkətinin sürücüsü “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlını baltalamağa cəhd edib.

Bu barədə N.Canbaxışlı özü məlumat verib.

O deyib ki, bu gün saat 20:07-da sifariş etdiyi "9933" taksi şirkətinin əməkdaşı (Opel Astra – 33-BG-034) tərəfindən 20:59-da hücuma məruz qalıb: "Taksi sürücüsü məni Binə qəsəbəsində evə gətirdi. Hər dəfə taksi sifariş edəndə əsas yoldan 1 km 500 metr içəriyə həyət evlərinə olan hissəni də qeyd etdirirəm. Bu dəfə də elə etdim. Amma sürücü evin qarşısında daha çox pul tələb etdi və əlavə 1 kilometr 500 metr olan hissənin şirkət tərəfindən qeyd edilmədiyini bildirdi. Belə olduqda mən şirkətlə əlaqə saxladım və telefonu səsliyə alaraq sifarişimdə 1 kilometr 500 metr məsafənin qeyd olunub-olunmadığını soruşdum. Sürücüyə birbaşa şirkət operatoru bildirdi ki, sərnişinin mənzil başına kimi, yəni əlavə olmaqla sifariş verib və yol xərci ümumilikdə 8.87 AZN təşkil edir. Sürücü, hətta şirkətin operatoruna belə məhəl qoymayaraq əlavə vəsait tələb etdi. Məhəllədə evin qarşısında enib müəyyən olunan pulu sürücüyə verdim. Bundan sonra başladı söyüş və təhqirlə danışmağa. Ona tərbiyəli olmasını və problemini təmsil etdiyi şirkətlə həll etməsini bildirdim. Bu arada aramızda mübahisə düşən zaman maşının “baqaj”ın açaraq üzərimə balta ilə gəlməyə başladı. Hadisə evin qarşısındakı kameralara düşüb. Sabah şirkətə gedəcəm və bundan sonra da Baş Prokrorluğa şikayət edəcəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar