Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda silsilə soyğunçuluq edən şəxs saxlanılıb

Səbail rayonu ərazisində qadına qarşı soyğunçuluq edilib...

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə zamanı naməlum şəxs Bayıl qəsəbəsi ərazisində paytaxt sakini olan bir xanımın çantasını soyğunçuluq yolu ilə ələ keçirib. Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilin Sabunçu rayon sakini Bəhruz Muradov tutulub. Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitələr olan heroin və marixuana da aşkar edilib. Qeyd edək ki, hadisə zamanı B.Muradov zərərçəkən qadının bankomatdan pul çıxardığını gördüyü üçün onu izləyib və içərisində 300 manatdan çox pul olan çantanı ələ keçirib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə əməliyyat tədbiri zamanı onun Bayıl qəsəbəsi ərazisində açıq qalmış qapıdan avtomobilin salonuna daxil olanaraq içərisində 2000 manat olan çantanı və daha bir mənzildən iki ədəd mobil telefon oğurladığı da məlum olub.

B.Muradov ifadəsində həmçinin bir müddət paytaxtın müxtəlif yerlərində avtodayanacaqlarda işlədiyi və nəqliyyat vasitələri saxlayan sürücülərin ona xırdalamaq üçün verdiyi pul vəsaitlərini də ələ keçirdiyi etiraf edib.

Faktlarla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb Bəhruz Muradovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

pia.az


Etiket: Bakı soyğun


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar