Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda şagirdlərin önündə baş verən polis-vətəndaş insidentinin təfərrüatı

Məktəbin qarşısında yol polisi ilə sürücü arasında yaşanan insidentin təfərrüatı bəlli olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə başını divara vuraraq özünə xəsarət yetirməyə çalışan şəxsin kimliyi müəyyənləşib:

“Həmin şəxs taksi sürücüsü Şükürlü Rüfət Umud oğludur.

“Opel Astra” markalı 90-RR-384 dövlət nömrə nişanlı avtomobilin sürücü olan R.Şükürlü yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşları tərəfindən ona cərimə tətbiq edilib.

Cərimə yazıldıqdan sonra şəxs özünə xəsarət yetirmək məqsədilə başını divara vurmağa çalışıb. Polis əməkdaşları isə onu sakitləşdirməyə çalışıb. Sosial şəbəkədə şəxsin övladlarını təhsil müəssisəsindən götürməyə gəldiyi qeyd edilsə də, araşdırma zamanı məlum olub ki, uşaqlar onun deyil. Sadəcə olaraq ailə tərəfindən uşaqların təhsil müəssisəsinə aparılması üçün tutulan taksi sürücüsüdür.

Hadisədən sonra aidiyyəti üzrə polis əməkdaşları tərəfindən məktəblilərin təhlükəsizliyi təmin edilib və onlar yaşadıqları ünvanda ailələrinə təhvil verilib”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar