Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
PİA.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Qarayev Vaqif Vasya oğlunun ayağının üstündən avtomobil keçib.
Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan V. Qarayeva sağ ayağının pəncəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.(Report)
pia.az