Bakıda psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib
"Report"un məlumatına görə, hadisə Səhiyyə Nazirliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydə alınıb.
Orada müalicə olunan Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənov özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
pia.az