Cümə axşamı, 17 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bakıda polis polkovnikinin oğlunun ölüm səbəbi bilindi - Təfərrüat

Polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayevin faciəvi ölümünün təfərrüatı məlum olub

PİA.az xəbər verir ki, ailəyə yaxın şəxslərin Bakupost.az-a verdiyi məlumata görə, 28 yaşlı O. Ağayevin ölümü intihar yox, qəza olub. Bildirilir ki, gənc oğlanın anası ondan evin pəncərəsinə bağlı paltar asmaq üçün ipi düzəltməyini istəyib. Orxan pəncərədə paltarasılanın ipini düzəldərkən ehtiyatsızlıqdan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Ailənin yaxınları onu da qeyd edir ki, Orxan Ağayev dindar olub və namaz qılırmış. O, həmçinin, Dövlət Yol Polisindəki işini də davam etdirirmiş.

Onu da bildirək ki, faciəvi hadisə baş verən zaman evdə Orxanla bərabər anası da olub və hadisə qadının yanında baş verib.

Qeyd edək ki, O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Əliaslan Ağayevin oğludur.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar