Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda poçt şöbəsindən külli miqdarda pul oğurlanıb? – Rəisin açıqlaması

“Bu gecə “Azərpoçt”un 6 saylı poçt filialının 72 saylı poçt şöbəsindən 26 min manat pul oğurlayıbılar.”

PİA.az bildirir ki, bu xəbəri “AzPolitika.info”ya rabitə sektlorunda baş verənlərdən məlumatlı şəxs verib.

Mənbə Aşıq Alı küçəsi 4А-da – “Şəhər bağları” ilə üzbəüz yerləşən poçt şöbəsində belə böyük miqdarda pulun saxlanılmasının qanunsuz olduğu üçün oğurluq faktının gizlədilməsinə çalışıldığını da iddia edir. Belə ki, “Poçt haqqında” qanuna görə, iş günü sona çatdıqda poçt şöbələrində maksimum 500 manat pul saxlana bilər. “Emin Mustafayev “Azərpoçt” MMC-yə rəhbər təyin olunduqdan sonra özbaşına olaraq qanunun bu normasını ləğv elədi. Daha doğrusu, qanuna əməl edilməsi məcburiyyətini ortadan qaldırdı. Bundan sonra kim istəyirdi poçt şöbəsində 30 min saxlayırdı, kim istəyirdi 50 min.

eminAncaq poçtlar bank kimi mühafizə olunmadığından bu yolverilməzdir. Çünki məhz lazımı mühafizə sistemi olmadığı üçün son dövrlərə qədər poçt şöbələrində 200-300 manat, maksimum 500 manat saxlanılırdı. Emin Mustafayevin qanunun bu tələbinə əməl edilməsi məcburiyyətini qaldırması öz acı nəticəsini göstərdi. Bu gecə 72 saylı poçt şöbəsindən 26 min manat pul oğurlandı.” – deyə mənbə bildirib.

Onun sözlərinə görə, “Poçt haqqında” qanunda dəyişiklik edilmədiyindən, poçt şöbələrində belə yüksək miqdarda pulun saxlanılması qanunsuzdur: “Məndə olan məlumata görə, polis də ilk növbədə məhz qanunun icazə vermədiyi halda belə yüksək məbləğdə vəsaitin poçt şöbəsində niyə saxlanıldığını soruşub. Ona görə “Azərpoçt”un rəhbərliyi cinayət işi qaldırılmadan işi ört-basdır etmək istəyir. Bu da düzgün deyil. Sabah başqa poçt şöbələrində də eyni hal baş verə bilər. Bu cinayətin gizlədilməsi oğuruluğa şərait yaratmaqdır”.

Sözügedən iddia ilə bağlı “Azərpoçt”un 6 saylı poçt filialının 72 saylı poçt şöbəsinin rəisi Eldar Əhmədovun da mövqeyini öyrəndik. O, poçt şöbəsindən 26 min manatın oğurlanmasına dair iddanı qəti şəkkildə təkzib etdi: “Gün ərzində 15 min, 26 min, bəzən 200 min də yığıla bilər. Yəni, bu qədər dövriyyənin olması mümkündür. Ancaq yığılan pulu hər axşam inkasator gəlib aparır”.

Eldar Əhmədov poçt şöbəsindən hər hansı oğuruluq olmadığı üçün cinayət işinin qaldırılmadığını da sözlərinə əlavə etdi. “Bunu polislə də əlaqə saxlayıb dəqiqləşdirə bilərsiz”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar