Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda özünü 11-ci mərtəbədən atan ginekoloqun ailə vəziyyəti ilə bağlı detallar - Yenilənib

Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.

O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.

Həkim bu gün dəfn olunub.

***

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. Məlumata görə, ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.

PİA.az xəbər verir ki, bizim.media hadisənin təfərrüatları ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Xalidə Kəngərli Kəpəz Hospitalı fəaliyyətə başlayandan orada çalışırdı.

Həkim yoldaşlarının verdiyi məlumata görə, Xalidə Kəngərli çox pozitiv, həyat dolu və pasiyentləri ilə mehriban münasibətdə olan həkim kimi tanınıb. İki azyaşlı övladı var. Ginekoloqu tanıyanlar onun intihar etdiyinə heç cür inana bilmədiklərini dilə gətiriblər.

Hadisə şahidi Əli Sərdaroğlu açıqlamasında olayı öz gözləri ilə gördüyünü bildirib:

"Mən həkimin yaşadığı binanın yanında işləyirəm. Pəncərədə siqaret çəkirdim. Kölgə kimi yerə düşən bir şey gördüm. İntihar idi, yoxsa nəydi bilmirəm. Amma ətrafda hamısı deyir ki, yoldaşı ilə aralarında mübahisə etdiyi üçün intihar edib".

Qeyd edək ki, rəsmi açıqlamalarda tanınmış həkimin ölüm səbəbi açıqlanmayıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar