Bazar, 29 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bakıda onlayn yolla narkotik satan şəxs saxlanıldı

Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, bölmə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini N.Əhmədova saxlanılıb. Onun üzərinə baxış zamanı müxtəlif xassəli narkotik vasitələr aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq N.Əhmədovaya onlayn yolla narkotik vasitələr satan, paytaxt sakini Ruslan Şeyxov da saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilib. Onun yaşadığı mənzilə baxış zamanı 4 ədəd bağlamada və 17 ədəd kibrit qutusunda ümumi çəkisi 6 kiloqram 8 qram olan narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər külli miqdarda narkotik vasitənin satışını təşkil etmək istəyiblər.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəlbəcərin qızıl yataqları hələ işğaldadır - Ermənilər yataqları qaytarmağı böyük fəlakət sayır...

Erməni polkovnik-leytenant Naftalanda müalicə olunur - Əsir deyil...

“1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı” - Erməni döyüşçüdən şok etiraflar

Razılaşma pozulur? - Ermənistan Dağlıq Qarabağdan qoşunlarını çıxarmayacaq...

Laçın koridoru haqda bir sual və ya Şuşaya giriş niyə qadağandır?

“Laçının boşaldılmasından sonra bu məsələlər gündəmə gələcək” – rusiyalı analitik

“Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil”...

Azərbaycanda tanınmış vəkil koronavirusdan ölüb  

2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"

Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı

“Məğlub olduq, bizi inək sürüsünə çevirdilər” - Erməni polkovnikdən etiraf

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay