Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda oğurluq qaz sayğacları quraşdırılması barədə RƏSMİ xəbərdarlıq

“Azəriqaz” İstehsalat Birliyi vətəndaşların işbazlara aldanmaması üçün müraciət edib...

Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar:

“Bir müddət əvvəl İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən NZS qəsəbəsində smart tipli qaz sayğaclarının olmanması aşkarlandı. Araşdırma aparıldı və məlum oldu ki, o sayğaclar orada hansısa işbazlar tərəfindən quraşdırılıb.

Onlar başqa ərazidən sayğacları oğurlayıb, burada quraşdırıblar. İşbazlar sayğaclara müdaxilə edib, insanlar qazdan istifadə ediblər. Hər ay gəlib, vətəndaşdan razılaşdığı məbləği alıblar. İnsanları hər dəfə bir bəhanə ilə aldadıblar ki, yaxın vaxtda kartınızı verəcəyik. Nəticədə, vətəndaşa kart verilməyib.

Çünki hər bir sayğaca görə abonentə bir kart kodlaşdırılır. Belə hal aşkarlanandan sonra əraziyə müdaxilə etdik. Araşdırma aparılarkən müəyyən faktlar üzə çıxdı. Sayğacın hər birinin mərkəzi bazada öz kodu, nömrəsi var. Bu sayğaclarının bir qismi vaxtilə ayrı-ayrı ünvanlardan oğurlanan smart tipli qaz sayğacıdır”.

İB rəsmisi vətəndaşları diqqətli olmağa çağırıb:

“Onları aldatmağa çalışan işbazlar olarsa, o zaman hüquq-mühafizə orqanlarına məlumat versinlər. Bu yaxınlarda bu tip qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edildilər. Qaz sayğacını oğurlayan Suraxanı və Nəsimi rayon sakinləri üç il müddətinə azadlıqldan məhrum olundular.

Bu insanlar 2018-2019-cu illərdə üç qəsəbədə - Qala, Şüvəlan,Türkanda yerləşən evlərdən 93 qaz sayğacı oğurlayıblar. Hesab edirik ki, belə halların ifşa olunması, bu işlə məşğul olanların fikrində dönüş yaradacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar