Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda oğurluq - Polislər atəş açmağa məcbur oldu - Fotolar

Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlər, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi günün istənilən saatı etibarlı şəkildə qorunur...

 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bunu sübut edən növbəti hadisə Xəzər rayonu Albalılıq bağlar massivində qeydə alınıb.

Belə ki, həmin massivdə yerləşən Zöhrə Mahmudovaya məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Qeyd edilən bağ sahəsi Xəzər rayonununda yerləşsə də, ərazi üzrə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər bir nəfərin həyətdəki yardımçı otaqda yerləşən kombi aparatını oğurlanmaq istədiyinin şahidi olublar. Polis əməkdaşlarını görən həmin şəxs ərazidən qaçmağa çalışıb. Mühafizə polisləri tərəfindən təqib edilən şübhəli şəxs dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, qonşu bağ sahələrinin də həyətinə daxil olaraq ərazidən uzaqlaşmağa çalışıb. Bu səbəbdən idarənin tutucu qrupunun üzvü cinayəti törədən şəxsi yaxalamaq üçün üzərindəki “Makarov” markalı tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb və bundan sonra həmin şəxsi saxlamaq mümkün olub.

Ərazi üzrə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə təhvil verilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Masallı rayon sakini Əliyev Rasim Nəhmət oğlu olduğu məlum olub. Saxlanılan şəxsin ətrafında araşdırma aparılan zaman onun Xəzər rayonu ərazisində müxtəlif vaxtlarda 5 bağ evi və 1 iaşə obyektindən məişət əşyaları, təmir-tikinti alətləri və inşaat materialları oğurladığı məlum olub.

Rasim Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlarla müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.

pia.az


Etiket: oğurluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar