Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ödəmə terminalını oğurlayan şəxslər kameraya düşdü - Video

Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3 953 manat pul vəsaiti olan “E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Məmməd Kazımov və Emil Həmzəyev saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib k, bu şəxslər oğurluğa M.Kazımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə gediblər. Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir “Chevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar. Daha sonra idarə etdikləri avtomobilə həmin dövlət qeydiyyat nişanlarını bağlayaraq Binəqədi rayonunda qeyd edilən oğurluq hadisəsini töərədiblər. M.Kazımov və E.Həmzəyev ödəmə terminalını Masazır qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın ərazisində yararaq içərisində olan pulu ələ keçiriblər. E.Həmzəyev hadisədən sonra oğurlanan pulun bir qismi ilə özünə məxsus “Khazar” markalı avtomobilin kredit borcunu ödəyib.

Qeyd edək ki, saxlanılan şəxslərin marketdən ödəmə terminalını oğurladığı anlar müşahidə kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

Bu şəxslərin ətraflarında araşdırma aparılan zaman onların elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları məlum olub.

Faktla bağlı 6-cı Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. M.Kazımov və E.Həmzəyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar