Bazar ertəsi, 21 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Bakıda o qədər məzmunsuz adamların adına küçə var ki…”

“Ümumiyyətlə, generalın ətrafında söz-söhbətlərdə, onunla bağlı atılan addımlarda çox həss olmaq lazımdı, onun o kövrək ruhunu incitmək olmaz:

Bunu yazıçı Seyran Səxavət deyib. Yazıçı şəhid general-mayor Polad Həşimovun adına Bakıda küçə verilməsini istəyən anasının fikirlərinə dəstək olduğunu bildirib: “Mən şəhid general-mayor Polad Həşimovun anasının dediyini dəstəkləyirəm. Ümumiyyətlə, generalın ətrafında söz-söhbətlərdə, onunla bağlı atılan addımlarda çox həss olmaq lazımdı, onun o kövrək ruhunu incitmək olmaz. Allah adama qənim olar. Generalın Azərbaycan xalqının ürəyində adına böyük bir xiyaban, müqəddəs, əlçatmaz məqam var. Bakıda o qədər məzmunsuz adamlarına adına küçə var ki, onların ən böyüyünü Poladın adına vermək lazımdır. Adamın vicdanı olar. Vicdan olsaydı, heç Poladın başına o hadisə də gəlməzdi. Beş-on nəfər də vicdanlı adamlar generalın adı uğrunda vuruşmalıdır, necə ki, general erməniyə qarşı vuruşurdu. Poladın adına şəhər də qoysalar, Allah rəhmət eləsin sözündən yuxarı deyil. Kaş o, sağ olaydı, nə küçə, nə də şəhər istəməyəydi. Hətta eşitdim ki, ermənilərdən azad etdiyi posta əsgərlər Poladın adın veriblər, amma o, bunu eşidəndə əsgərlərinə deyib ki, ağlınızı başınıza yığın. Bu cür adamların adını əbədiləşdirmək lazımdır. Bu gün mövsümi kişilər, mövsümi dövlət qalmayacaq. Mövsümi dövlət deyəndə isə Azərbaycandan söhbət getmir”.

Qeyd edək ki, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova mətbuata açıqlamasında oğlunun adına Bakıda küçə adı verilməsini istəyib.(Moderator)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

PKK-nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

"Siyavuş Novruzov, artıq özü-özünü ifşa edib” - Maksim Musayev

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi

Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Ev almaq istəyənlər: Qiymətlər daha da düşəcək

loading...

Ən çox oxunanalar